Şou-biznes

“Sənətimlə sizi çırpıram, şillələyirəm...” Elza-Tahir qalmaqalı

1 May 2020 18:53
21 Şərh     Baxış: 4 118
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar artistlər Tahir İmanovla Elza Seyidcahan arasında qalmaqal yaranıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, buna səbəb İmanovun müğənninin ifalarını müzakirə edən zaman tənqidi fikirlər səsləndirməsidir.

Elza MTV-yə danışarkən "KVN"çinin ünvanına sərt sözlər deyib: "İstəyərəm ki, Tahir bir bəstəkar nəvəsi kimi danışsın. Həqiqəti deməkdən qorxursunuz? Deyin ki, Elza gözəl bəstəkardır, yazdığı əsər şedevrdir.

Sənətimlə sizi çırpıram, döyürəm, şillələyirəm, danışdırıram. Həqiqəti deməkdən qorxursunuz. Siz acissiz. Tahir İmanov deyib ki, oxuduğu mahnı ilə Motsartı iki dəfə qəbirdə fırladıb. Elza Motsartı söyüb? Əslində deyirlər ki, ölünü söyəndə qəbirdə fırlanır. Qruplaşma yaradanlar var- paxıllar, onlar yəqin yatdıqları yerdə fırlanıblar. Hətta kəlləmayallaq da aşıblar. Motsartın yerinə siz fırlanmamısınız ki, Tahir İmanov? Siz neçə dəfə fırlandınız?" 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.