Şou-biznes

"Youtube"dan əldə etdiyim gəlirlə ev almışam''

30 Aprel 2020 17:32
7 Şərh     Baxış: 3 890
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Talıb Tale maraqlı etiraf edib.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, ifaçı ARB televiziyasında yayımlanan ''Ona qalsa'' verilişinin qonağı olub. İfa etdiyi mahnıları ''Youtube'' hesabında yayımlayan Talıb sosial media hesabından yüksək gəlir əldə etdiyini deyib.

''İndi bütün dünyada geriləmə olduğu üçün, təbii ki, ''Youtube''da da var. Bir aya 2 min dollar gəlir əldə edirəm deyə bilərəm. Hətta bir dəfə bu məbləğ bir ay ərzində 4 min dollara çatıb. 2015-ci ildən ''Youtube'' hesabımdan əldə etdiyim gəlirlə ev almışam''.

Qeyd edək ki, Talıb Talenin ''Youtube'' hesabında 600 minə yaxın izləyicisi var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.