Şou-biznes

“Həyat yoldaşım məni qısqanır” - Aytac Vidadiqızı - VİDEO - FOTO

24 Aprel 2020 18:24
15 Şərh     Baxış: 4 735
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ARB TV-nin "Show News" verilişinin növbəti müsahibi müğənni Aytac Vidadiqızı olub.

Milli.Az xəbər verir ki, müğənni şəxsi həyatından danışıb:

"Qısqanclıq hərdən olur. Bəzən olur deyir ki, belə olmasın, elə olsun. Biz belə şeyləri keçmişik, artıq 2 övladımız var. Ailə müqəddəsdir. Ailəmə çox bağlı xanımam. Sənətçi üçün çox çətindir. Amma bacardığım qədər ailəmi qoruyuram".

Aytac Vidadiqızı saxta evliliklərdə də söhbət açıb:

"Saxta evlilikləri kim təşkil edirsə öz-özünü aldadır. O da insanın özünə ziyandır. Hər şey qayda-qanunla olmalıdır. Nigah mütləq olmalıdır. Uşaq nigah olandan sonra dünyaya gəlməlidir. Ana-ata birinci övladını fikirləşməlidir".

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.