Şou-biznes

Bacılardan Sevilin ərə getmə xəbərinə reaksiya

20 Aprel 2020 13:21
4 Şərh     Baxış: 5 538
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əkiz bacılardan biri, müğənni Sevil Səfərovanın ərə getməsi xəbəri yayılıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi naxçıvanlı iş adamı ilə nikaha girib. Əkizlər bunla bağlı məsələyə münasibət bildiriblər. Onlar toy xəbərinin yalan olduğunu iddia ediblər:

"Səhər-səhər bizi yuxudan gözəl xəbərlə oyadıblar. Sən demə, Sevilin toyu olub. Amma bu xasiyyətlə səni çətin kimsə ala, Seva. Allah ağzınızdan eşitsin. İnşallah, doğru olsun. O iş adamı kimdirsə, deyin, karantində ailəyə baxsın. Kimdirsə, onu mənə çağırın gəlsin".

Qeyd edək ki, ifaçının ərə getmə xəbərini "Qafqazinfo" saytı yazıb. Bildirilib ki, Sevilin nikahı evdə, ailə arasında baş tutub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.