Şou-biznes

"Ac qaldı, xoşbəxt olmadı" - Anasından danışıb ağladı

16 Aprel 2020 19:54
14 Şərh     Baxış: 4 549
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Düşünürəm ki, həyatda çox boşuna vaxt itirmişəm. Ədalətsizlik hər zaman olub, olacaq da. Saf olmuşam, yanımda məni başa salan dostlar olmayıb. Aparıcılar məndən istifadə edirdilər, qızışdırırdılar ki, verilişləri baxımlı olsun, danışırdım. Düşünmürdülər ki, mənə zərbə vururlar".

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə "Şou ATV" verilişində deyib. Sənətçi atası ilə bağlı yayımlanan süjetə soyuqqanlı reaksiya verib. Nadir bildirib ki, atasından çox anasının yoxluğu onu incidir:

"Atamı göstərirsiz, onun yoxluğu mənim üçün belə də... Amma anamdan danışanda məni yandırır. Ona lazım olanda imkanım yox idi, yanında olmadım. İndi imkanım var, amma anama heç nə edə bilmirəm. Qınayarlar ki, atası üçün belə deyir. Amma anam 70 il ömür sürdü, 7 dəfə xoşbəxt olmadı. Əzabla övlad saxlayan, yeməyən, ac qalıb uşağını yedizdirən, qürurlu qadın idi. Heç vaxt kasıbçılığını göstərmədi.

İndi qadınlara demək istəyirəm ki, tez boşanmayın, övlad xatirinə dözün. Ailəni dağıtmağa nə var ki... Əsas onu qurmaqdır. Anası olanlara həsəd aparıram. Yanındaykən ananızın qədrini bilin, onu qocalar evinə atmayın (ağlayır). Sonra yandıracaq sizi, dəhşətdir... Elə yanıram ki...".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.