Şou-biznes

Samirə “Eurovision”da nə oxuyacaq?

29 Fevral 2020 13:49
8 Şərh     Baxış: 2 698
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Dünən İctimai Televiziya "Eurovision-2020" beynəlxalq mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək iştirakçının Samirə Əfəndi olduğunu açıqlayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, sənətçi üçün hazırlanan klip və mahnı martın 10-dək açıqlanacaq.Hazırda təşkilat komitəsi iki mahnı arasında seçim aparır. Onlar ingilis dilində "Scars" və "Cleopatra"dır.

İddiaya görə, ballada janrında olan "Scars" Azərbaycanın "Eurovision -2012" mahnısı olan "When The Music Dies"i (ifaçı Səbinə Babayeva) xatırladır.  Mahnının girişində ud ifasına yer verilib.

Digər orta tembli mahnı isə "Cleopatra"dır.  Lakin musiqi prodüserlərinin "Scars" üzərində dayanacaqları qeyd olunub.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.