Şou-biznes

"Burnumu əməliyyat etdirmişəm, danmaq olmaz"

25 Fevral 2020 13:20
1 Şərh     Baxış: 3 101
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar artist Firuzə İbadova burun əməliyyatı etdirdiyini açıqlayıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, müğənni bu haqda "Zaurla Günaydın" verilişində deyib. O, aparıcının "Elə bil burnunuzu əməliyyat etdirmisiz" sözlərinə belə reaksiya verib:

"Yox desəm, düz gəlməz. Bunu danmaq olmaz. Burnumda da, boğazımda da əməliyyat etdirmişəm. Problem var idi, nəfəs ala bilmirdim. Səs tellərimə təsir edirdi. İnsan özündə narahatlıq hiss edəndə, həkimə müraciət etməlidir. Səni nə narahat edirsə, ondan azad olmaq lazımdır. Aygün Kazımovanı görəndə sevinirəm. O, səhnəyə gözəllik gətirir".

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.