Şou-biznes

“Brilliant xanım məni qapıdan qovur” - Röya - VİDEO - FOTO

13 Fevral 2020 17:59
11 Şərh     Baxış: 3 708
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ARB TV-nin "Show News" verilişinin növbəti müsahibi xalq artisti Röya Ayxan olub.

Milli.Az xəbər verir ki, Röya xalq artisti Brilliant Dadaşova və Zülfiyyə Xanbabayeva haqqında ağız dolusu danışıb:

"Özüm çox rahat insanam. Bəlkə də bundan irəli gəlir. Məsələn, mən biləndə ki, Brilliant xanım toyu aparır 10-15 dəq tez gedirəm. İçəri girib o qədər danışıram ki, axırda məni qapıdan gülə-gülə qovur ki, səsim batdı çıx-çıx... Keçən dəfə salonda bəzənirdim, Zülfiyyə Xanbabayeva gəldi dedi ki, düş aşağı, mən gecikirəm. Məni düşürüb özü bəzəndi. Mən gülürəm, özü də başlayır gülməyə. Bir-birimizə hər şeydə söz eləsək bu cür sevgi-hörmət olmaz. İçəri girəndə özümün və onun müsbət və mənfilərindən danışıram. Brilliant xanımla gözəl dostluğumuz var. Mən də onu çox sevirəm. Yaxşı ki, mənim belə sənətkarım var".

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.