Şou-biznes

"“Whatsapp”da “status” deyə bir yer var, onu tapmışam, ancaq orada paylaşıram"

13 Fevral 2020 15:36
1 Şərh     Baxış: 4 900
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bir ara filmləri çox tənqid edirdik, indi deyirik ki, kaş nəsə olaydı, tərifləyərdik. Fərdi olaraq hər kəs cəhd edir. Ümumi film bazarı diriləcəkmi? Çox böyük sualdır.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri tədbirlərin birində jurnalistlərə açıqlamasında aktyor Elməddin Cəfərov deyib.

Bir neçə gün öncə səhhətində problem yaranan sənətçi bu barədə açıqlama verib:

"Eşitmə qabiliyyətimdə problem yaranmışdı. Qulağım şişmişdi, iltihab yaranmışdı. Tutulmuşdu, iki proseslə yoluna qoydular. Bu gün ayağa qalxmışam. Duran kimi də tədbirə gəldim".

"Ailəmiz" serialını ərsəyə gətirən E.Cəfərov onlara gələn rəylərdən söz açıb:

"Bu dəfə özüm çəkilmirəm. Amma müsbət rəylər alırıq. Televiziyadakı reytinqləri çox yaxşıdır, lakin sosial media ilə bağlı o sözü hələki deyə bilmərəm. İnşallah əla olacaq".

Sənətçi türkiyəli aktyorlarla birgə rol aldığı "Çat kapı aşk" filmindən sonra başqa ekran işinə çəkilmək istəmədəyini söyləyib:

"Türkiyədə filmə çəkilmək əladır. Amma özümüzdə daha yaxşıdır. Canlarımızdır, paylaşımlarımda onları unutmuram. Paylaşım deyəndə ki, sosial şəbəkədə yoxam. Bir "Whatsapp"da "status" deyə bir yer var, onu tapmışam, ancaq orada paylaşım edirəm (gülür - red)".

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.