Şou-biznes

"Həyatında olanlarda məni günahlandırırlar" - Ayanın anası

7 Fevral 2020 19:39
6 Şərh     Baxış: 4 842
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Ayan Babakişiyeva ATV-də yayımlanan "7 Canlı" verilişinə qonaq olub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, proqram zamanı sənətçinin anası ilə hazırlanan video çarx nümayiş olunub. O, qızına "Güclü qadın, gözəl ana, xeyirli övladdır. Ayana bir sual vermək istəyirəm: danışdılar ki, anası etdi, Ayan yaxşı qızdır. Həyatındakı hər şeyin günahkarı anasıdır. Əgər qəlbində bir qırıqlıq varsa, de" sualını ünvanlayıb.

Anasının bu sözləri Ayanı kövrəldib. O, "Həyatda hər şeyə anamın sayəsində nail olmuşam. Anam məni dünyaya gətirib. Başımın tacısan, yaxşı ki, varımsan. Sən olmasan, mən məhv olaram" cavabını verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.