Şou-biznes

"Nazirlər görmüşəm ki, nəvələrinin qabağında iməkləyirlər" - FOTO

4 Fevral 2020 17:44
4 Şərh     Baxış: 5 501
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Nazirlər görmüşəm ki, nəvələrinin qabağında iməkləyirlər.

Milli.Az xəbər verir ki, bunu Tarix Əliyev (Tolik) aparıcısı olduğu proqramda 54 yaşında üçüncü dəfə ata olan müğənni Tacir Şahmalıoğlunu tənqid atəşinə tutanlar barədə danışarkən deyib.

Tolik Taciri yeni doğulan körpəsini çimizdirərkən çəkdiyi videoya görə qınayanları başa düşmədiyini bildirib:

"Bala şirindir, nəvə şirindir. Onun üçün "Atam müğənnidir", "Atam prokurordur", "Atam nazirdir" - belə bir anlayış yoxdur. Övlad dünyaya ata-ana üçün gəlir. Bəs onun üçün iməkləmək, onu boynunda gəzdirmək hansı statusla ayıbdır?! Statusunuz "kreslo"nuzdadır. İşə getdin səhər saat 9-dan axşam 6-ya kimi, vəssalam. Ondan sonra siz ailənizin içindəsiniz. Bu, nə deməkdir ki, "Tacir övladını çimizdirdi", əcəb etdi. Mən sənə deyirəm hələ vannaya da gir onunla bir yerdə".

Məhəmməd Vaqif
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.