Şou-biznes

Azərbaycanlı məşhur sevgilisinin yanında dünyasını dəyişib: Əli əlində öldü - FOTO

3 Fevral 2020 15:14
21 Şərh     Baxış: 63 881
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar artist Zöhrə Abdullayeva Tarix Əliyevin (Tolik) rəsmi YouTube kanalında aparıcılığını etdiyi "Tarix ilə səmimi" verilişinin qonağı olub.

Milli.Az xəbər verir ki, xanım sənətçi mərhum duet ortağı, xalq artisti Məmmədbağır Bağırzadənin şəxsi həyatı ilə bağlı maraqlı etiraf edib.

Zöhrə Abdullayeva Xalq artistinin 20 il sevgilisi olan xanımdan danışıb:

"Məmmədbağırın yaxşı ailəsi var idi, gözəl də sevgilisi var idi. Ona sevgili demək olmaz, o da elə ikinci ailə idi. Böyük bir sevgisi oldu Yeganəyə - həkim qız. Zivər alimin qızı idi. 20 il bir yaşadılar. Məmmədbağır öləndə əli Yeganənin əlində idi. Düzdür, uşaqları yox idi, amma 20 il Yeganəni sevdi. Ailəsini də sevirdi, onu da sevirdi. Mən yalan danışa bilmərəm. Kimin acığı gəlir gəlsin, Kim dinləyib məni qınayacaq qınasın". 

Məhəmməd Vaqif
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.