Şou-biznes

Türkiyəli məşhurlar Bakıya gəlirlər - VİDEO

3 Fevral 2020 17:19
6 Şərh     Baxış: 2 295
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Biznes ledi Ruhi Əliyevanın təşəbbüsü ilə Türkiyədə ərsəyə gələn "Ağır Romantik" filminin treyleri təqdim olunub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, ekran işində eyni zamanda Altan Erkekli, Qazanfer Gündüz, Səmra Dinçer, Sərvət Pandur, Durul Bazan və Sermiyan Midyat kimi sevilən simalar da rol alıblar.

Məlumat üçün bildirək ki, "Ağır Romantik" Almaniya, Hollandiya, Danimarka, Belçika, Fransa, Avstriya, Rumıniya, Yunanıstan, Xorvatiya, Bolqarıstan, Albaniya, Bosniya- Herseqovina, Moldova, Şimali Makedoniya, Sloveniya, Serbiya, Monteneqro və Kosovoda 13 fevral, Türkiyənin bütün şəhərlərində 14 fevral - Sevgililər Günündə, Azərbaycanda isə 5 mart tarixində "CinemaPlus" kinoteatrlar şəbəkəsində yayımlanacaq.

Filmin qala gecəsi fevralın 12-si İstanbulda, martın 7-si isə Bakıda aktyorların iştirakı ilə keçiriləcək.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.