Şou-biznes

"O burnunu çıxart soxduğun yerdən" - Tolik efirdə Nazilə Səfərlini HƏDƏLƏDİ - YENİLƏNİB - FOTO

25 Yanvar 2020 12:57
25 Şərh     Baxış: 42 835

12:57

İki saat öncə isə Tolik Nazilə Səfərlinin əməliyyatdan öncəki halını əks etdirən bir fotosunu İnstaqram hesabından paylaşaraq "Dedim ad gününü təbrik edim, çünki sən həyatda ən gözəlinə Allah tərəfindən yox, həkimlər tərəfindən layiq olmusan. Eltondan da ayrı düşmə, hər zaman yanında ol! Bəlkə arzuların çin olar. Özü də, ay yazıq qadın, Elton səni seçsəydi, dünən verilişində olardı. Yalandan deməzdin ki, guya Eltona Təcili Tibbi Yardım gəlib. Təcili Tibbi Yardım əzizlərinə gəlsin!" sözlərini əlavə edib.

---------
11:34

Tarix Əliyev (Tolik) efirdə sərt açıqlamaları ilə verilişə damğa vurub.

Milli.Az xəbər verir ki, Tolik aparıcılığını etdiyi verilişdə adını açıqlamadığı məşhura ittihamlar səsləndirib.

Aparıcı həmən şəxsi müğənni Eltonla arasına girməkdə ittiham edib:

"Mən buradan ona demək istəyirəm ki, mənim müğənnimdən əl çək. Mənim müğənnimin həndəvərində dolanma. Öz işinlə məşğul ol. Yoxsa, mən kimlərlə ki bu vaxtacan dava etmisən ha, mən onlardan çox fərqli insanam. Mənim bu həyatda itirəcəyim heç nə yoxdur. Sənin itirəcəyin nələrsə varsa, mən sənə demək istəyirəm ki, ağıllı ol. O yekə burnunu əməliyyat elədin balacalaşdırdın, getdin piylərini yığdırdın. İndi səni adam yerinə sayıb bir dənə efir veriblər. Amma mənim müğənnimdən gözünü çək. Elə eləmə ki, çıxım sənin evdəkilərinin qabağına, onlara xoşa gəlməyən bir söz deyim. Ağıllı olmazsan payını alarsan. Ona görə də ağıllı ol. Bir də mənim müğənnimin ətrafında dolanma. Müğənnimlə bütün arzuların inşəAllah ürəyində qalsın. 

3 dəfə əməliyyat elədiyin burnunu çox yerlərə soxursan. O burnunu çıxart soxduğun yerdən. Yoxsa, "padruqa"ların var e, tərifləyirlər səni yalandan, onlar sənə kömək ola bilməyəcəklər, zırpı burun xala. 

Eltondan istifadə edib özünü səviyyəli göstərmə. Çünki o səviyyənin sahibi deyilsən və heç vaxt da olmayacaqsan".

Milli.Az Toliklə əlaqə saxlayaraq efirdən bu söylədiklərinin Nazilə Səfərliyə aid olub-olmadığını soruşsa da, prodüser-aparıcı suala "Kimi istəyirsiniz düşünün" cavabını verib.

Xatırladaq ki, prodüser Tarix Əliyevlə (Tolik) şairə Nazilə Səfərli arasında aylar öncə qalmaqal yaşanıb. Buna səbəb Tolikin şairəyə sosial şəbəkədə yazdığı şərh olub. Belə ki, Nazilə müğənni Xatirə İslamın qardaşının toyunda Xalq artisti Röya Ayxanla rəqs edərkən çəkilən videosunu yayımlayıb. Prodüser isə ona "Röya ilə oynayanda, necə sevinirsən" şərhini yazıb.

Bundan qəzəblənən Səfərli tez şərhi silib. Tolik isə cavabında onu izləmədən çıxarıb, "qara siyahı"ya atıb. "Deyirəm ki, xain xoflu olar. Nazilə də xofludur. Səhifəsində paylaşdığı videoya yazdım ki, Röya ilə oynayanda necə sevinirsən. Burada pis nə yazdım ki? Tez şərhimi silib. Mən də onun özünü sildim və getdi bloka. Heç kimdən nə asılılığım, nə qorxum var. Nə də ki, keçəcəyim. Röyanın, onsuz da, belə şeydə bəxti yoxdur. Səmimi olar, həmişə üzünə gülərlər, amma cürətləri çatmaz yazsınlar ki, nə yaxşı varsan!" - T.Əliyev paylaşımına qeyd edib.

Qeyd edək ki, Tolik "Hər şey daxil"in dünənki buraxlışının sonlarında 6 ildir prodüserliyini etdiyi Elton Hüseynəliyevdən ayrıldığını açıqlayıb. Maraq üçün bildirək ki, Tolik gecə saatlarında İnstaqram hesabından Xoşqədəmlə videosunu paylaşaraq "Allah sənə can sağlığı versin, Xoşqədəm Baxşəliyeva. Sən bu dərdləri çəkməklə neçə-neçə ailələrə kömək olursan. Bəzi ifritələr qurban olsun sənin dırnağına. Bu ölkəyə, xalqına zərrə qədər də xeyirləri yoxdur. Kimlərinsə hesabına özlərin adam sayırlar. Amma qaliblər heç vaxt müzakirə olunmur. Sən həmişəki kimi qalibsən, sözünü də demisən, yerində də kimi lazımdı otuzdurmusan. Çünki sən ara adamı yox, Xoşqədəmsən!" şərhini yazıb.

Ondan 1 saat sonra isə Nazilə Eltonla dünənki doğum günü partisindən çəkdirdiyi fotosunu paylaşaraq "Biz ki, varıq, ayrılmaz dostlarıq" sözlərini yazıb. 

Onu da əlavə edək ki, Nazilə Səfərli ilə Xoşqədəm Hidayətqızı arasındakı məhkəmə çəkişməsi bu yaxınlarda "Xəzər" telekanalının aparıcısının xeyrinə yekunlaşmışdı.

Məhəmməd Vaqif
Milli.Az

loading...

Şərh yaz:

25 Şərh:

  • Anonim
    asi · 25 Yanvar 11:45294

    Naziləyə layiq adamdan Naziləyə layiq sözlər..

    Cavab yaz
  • Anonim
    Ağsaqqal · 25 Yanvar 11:50108

    Tolik ,bu qədərdə yox də ! Qadın güclü olur ha ,unutma !

    Cavab yaz
  • Anonim
    ♥️Ebru♥️ · 25 Yanvar 11:54276

    Deyir tay-tayin tapmasa,gunah vayla kecer.Tayini tapmisan tolik.

    Cavab yaz
  • Anonim
    Aysu · 25 Yanvar 12:04204

    Ay Tolik zeherbardağısan çatana çatırsan çatmayana daş atırsan qorzmursan senide Ilhame quluyeva kimi aradan gotürerler

    Cavab yaz
  • Anonim
    MEHMAN. · 25 Yanvar 12:49119

    TOLİK BƏY QADINLA ADAM NƏZAKƏTLƏ DAVRANAR YETƏNƏ YETİRSƏN YETMƏYƏNƏ BİR DAŞ ATIRSAN İLHAMƏ QULİYEVANIN XASİYYƏTİNİ GÖTÜRMÜSƏN ÜZƏRİNƏ ELƏBİL.

    Cavab yaz
  • Anonim
    ziyali · 25 Yanvar 13:1296

    Ada bax Tolik.Bele ayamasi olandan bu sozlere gozlemek olar.Bu xisletli erkekler???? tez inciyen,dedi-qoduya meyilli olurlar.Allah komekleri olsun.

    Cavab yaz
  • Anonim
    Sovet vətəndaşı · 25 Yanvar 13:16702

    Əsl tolikə yaraşan sözlər. Heç təəccüblənmədim. İşi gücü hədə qorxudur, bilmirəm kimi var belə bunun?

    Cavab yaz
    • Anonim
      Aysu · 25 Yanvar 14:3140

      Eledi

      Cavab yaz
    • Anonim
      ♥️Ebru♥️ · 25 Yanvar 17:2852

      Qadin mugenide deyilki,deyek hecusu varr ay bajii:))

      Cavab yaz
      • Anonim
        Sovet vətəndaşı · 25 Yanvar 20:0340

        Ay baji, qadın müğənnidir, aşpazdir, qapıcıdır, hər kimdir. Qadına belə sozləri heç bir normal tərbiyəsi olan deməz.

        Cavab yaz
  • Anonim
    insan · 25 Yanvar 13:31134

    Kişiyə yaşmayan sözlərdir.Qadına kişi tərəfindən belə sözlərin deyiməsi heç bir etik qaydaya uyğun gəlmir.

    Cavab yaz
    • Anonim
      Alsu. · 25 Yanvar 14:55132

      Duz deyirsiniz ! Kişi qadına bu cur səviyyəsiz sözlər deməməlidir . Umumiyyətlə , bu cur unsurləri televiziya ekranlarından birdəfəlik qovmaq lazımdır !

      Cavab yaz
    • Anonim
      Knnn · 27 Yanvar 12:2600

      Mesel var kor kora kor demese baqri catlar Tolik sen kime deyirsen burun emeliyyatifi piy cixarmadi sende etdirmisende sen tebii formadasan guya?

      Cavab yaz
  • Anonim
    Esra İbrahimli(Şamaxı) · 25 Yanvar 14:33101

    Mən Tolik Nadir kitabın oxumuşam belə bir cümlə eşidirəm tənqidçi təhqir ayırd etmək çətindi.

    Cavab yaz
  • Anonim
    Donna Denna (Aytən) · 25 Yanvar 14:4810

    ))

    Cavab yaz
  • Anonim
    Elanora · 25 Yanvar 14:53101

    Her ikki niz eyni adamsiz .Hec bir ferqiniz yoxdu .

    Cavab yaz
  • Anonim
    Mehdi · 25 Yanvar 16:16152

    Tolik adını men ermenilerde esitmisdim .Taaa özünü azerbaycanlı hesab eden adamlarda tolik adi eşitlemiştim aşırı eşittim.tolik.

    Cavab yaz
  • Anonim
    Beyləqanlı · 25 Yanvar 16:20181

    Tolik elə bilirki.efir ona atasından qalıb

    Cavab yaz
    • Anonim
      afa · 25 Yanvar 20:5780

      bunlarinda ipini yigan tapilar tezlikle

      Cavab yaz
      • Anonim
        A · 25 Yanvar 21:4170

        Tolikə kim ixtiyar verirki onun bunun dalınca belə danışsın beləsinin cavabını niyə verən yoxdu buirdə görursən kiminsə iç uzunu açdı efirdə baglamaq lazımdı onun verlişini verlişində səviyyəsi olmalıdı

        Cavab yaz
  • Anonim
    Donna Denna (Aytən) · 25 Yanvar 23:4760

    Ayda bu Tolik də birləşib qedemxowla nazileni süruyurlere guyamda Tolik özü burnunu əməliyyat etməyib hec kor kor məsələsi olub getdiye bu)

    Cavab yaz
  • Anonim
    Yaqub · 27 Yanvar 00:0200

    döyüş başladı.daş daşa dırnaq daşa siz savaşa biz tamaşa.

    Cavab yaz
  • Anonim
    H.S. · 27 Yanvar 01:5420

    Çox ayıb olsun.Bu sőzlər televiziya aparıcısı sőzű deyil.Kűçə adamları belə danışır.

    Cavab yaz
  • Anonim
    Esma · 27 Yanvar 08:5110

    TOLİK COX TEHLÜKELİDİR.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.