"O burnunu çıxart soxduğun yerdən" - Tolik efirdə Nazilə Səfərlini HƏDƏLƏDİ - YENİLƏNİB - FOTO

25 Yanvar 2020 12:57

12:57

İki saat öncə isə Tolik Nazilə Səfərlinin əməliyyatdan öncəki halını əks etdirən bir fotosunu İnstaqram hesabından paylaşaraq "Dedim ad gününü təbrik edim, çünki sən həyatda ən gözəlinə Allah tərəfindən yox, həkimlər tərəfindən layiq olmusan. Eltondan da ayrı düşmə, hər zaman yanında ol! Bəlkə arzuların çin olar. Özü də, ay yazıq qadın, Elton səni seçsəydi, dünən verilişində olardı. Yalandan deməzdin ki, guya Eltona Təcili Tibbi Yardım gəlib. Təcili Tibbi Yardım əzizlərinə gəlsin!" sözlərini əlavə edib.

---------
11:34

Tarix Əliyev (Tolik) efirdə sərt açıqlamaları ilə verilişə damğa vurub.

Milli.Az xəbər verir ki, Tolik aparıcılığını etdiyi verilişdə adını açıqlamadığı məşhura ittihamlar səsləndirib.

Aparıcı həmən şəxsi müğənni Eltonla arasına girməkdə ittiham edib:

"Mən buradan ona demək istəyirəm ki, mənim müğənnimdən əl çək. Mənim müğənnimin həndəvərində dolanma. Öz işinlə məşğul ol. Yoxsa, mən kimlərlə ki bu vaxtacan dava etmisən ha, mən onlardan çox fərqli insanam. Mənim bu həyatda itirəcəyim heç nə yoxdur. Sənin itirəcəyin nələrsə varsa, mən sənə demək istəyirəm ki, ağıllı ol. O yekə burnunu əməliyyat elədin balacalaşdırdın, getdin piylərini yığdırdın. İndi səni adam yerinə sayıb bir dənə efir veriblər. Amma mənim müğənnimdən gözünü çək. Elə eləmə ki, çıxım sənin evdəkilərinin qabağına, onlara xoşa gəlməyən bir söz deyim. Ağıllı olmazsan payını alarsan. Ona görə də ağıllı ol. Bir də mənim müğənnimin ətrafında dolanma. Müğənnimlə bütün arzuların inşəAllah ürəyində qalsın. 

3 dəfə əməliyyat elədiyin burnunu çox yerlərə soxursan. O burnunu çıxart soxduğun yerdən. Yoxsa, "padruqa"ların var e, tərifləyirlər səni yalandan, onlar sənə kömək ola bilməyəcəklər, zırpı burun xala. 

Eltondan istifadə edib özünü səviyyəli göstərmə. Çünki o səviyyənin sahibi deyilsən və heç vaxt da olmayacaqsan".

Milli.Az Toliklə əlaqə saxlayaraq efirdən bu söylədiklərinin Nazilə Səfərliyə aid olub-olmadığını soruşsa da, prodüser-aparıcı suala "Kimi istəyirsiniz düşünün" cavabını verib.

Xatırladaq ki, prodüser Tarix Əliyevlə (Tolik) şairə Nazilə Səfərli arasında aylar öncə qalmaqal yaşanıb. Buna səbəb Tolikin şairəyə sosial şəbəkədə yazdığı şərh olub. Belə ki, Nazilə müğənni Xatirə İslamın qardaşının toyunda Xalq artisti Röya Ayxanla rəqs edərkən çəkilən videosunu yayımlayıb. Prodüser isə ona "Röya ilə oynayanda, necə sevinirsən" şərhini yazıb.

Bundan qəzəblənən Səfərli tez şərhi silib. Tolik isə cavabında onu izləmədən çıxarıb, "qara siyahı"ya atıb. "Deyirəm ki, xain xoflu olar. Nazilə də xofludur. Səhifəsində paylaşdığı videoya yazdım ki, Röya ilə oynayanda necə sevinirsən. Burada pis nə yazdım ki? Tez şərhimi silib. Mən də onun özünü sildim və getdi bloka. Heç kimdən nə asılılığım, nə qorxum var. Nə də ki, keçəcəyim. Röyanın, onsuz da, belə şeydə bəxti yoxdur. Səmimi olar, həmişə üzünə gülərlər, amma cürətləri çatmaz yazsınlar ki, nə yaxşı varsan!" - T.Əliyev paylaşımına qeyd edib.

Qeyd edək ki, Tolik "Hər şey daxil"in dünənki buraxlışının sonlarında 6 ildir prodüserliyini etdiyi Elton Hüseynəliyevdən ayrıldığını açıqlayıb. Maraq üçün bildirək ki, Tolik gecə saatlarında İnstaqram hesabından Xoşqədəmlə videosunu paylaşaraq "Allah sənə can sağlığı versin, Xoşqədəm Baxşəliyeva. Sən bu dərdləri çəkməklə neçə-neçə ailələrə kömək olursan. Bəzi ifritələr qurban olsun sənin dırnağına. Bu ölkəyə, xalqına zərrə qədər də xeyirləri yoxdur. Kimlərinsə hesabına özlərin adam sayırlar. Amma qaliblər heç vaxt müzakirə olunmur. Sən həmişəki kimi qalibsən, sözünü də demisən, yerində də kimi lazımdı otuzdurmusan. Çünki sən ara adamı yox, Xoşqədəmsən!" şərhini yazıb.

Ondan 1 saat sonra isə Nazilə Eltonla dünənki doğum günü partisindən çəkdirdiyi fotosunu paylaşaraq "Biz ki, varıq, ayrılmaz dostlarıq" sözlərini yazıb. 

Onu da əlavə edək ki, Nazilə Səfərli ilə Xoşqədəm Hidayətqızı arasındakı məhkəmə çəkişməsi bu yaxınlarda "Xəzər" telekanalının aparıcısının xeyrinə yekunlaşmışdı.

Məhəmməd Vaqif
Milli.Az