Şou-biznes

"Biz doğma bacı deyilik" - Fədayənin bacısından ŞOK AÇIQLAMA - FOTO

18 Yanvar 2020 12:47
17 Şərh     Baxış: 48 192
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Atamı anamın əlindən alıblar. Ailə qurduqdan 4 il sonra bu baş verib. Mən onda 2 yaş yarımlıq idim. Onda Fədayə də hələ anamın bətnində idi.

Milli.Az xəbər verir ki, müğənni Fədayənin bacısı İlahə Fədanın "Zaurla Günaydın"da verdiyi bu açıqlama hər kəsi məəttəl qoyub.

Zaur Baxşəliyevin "Bəs onda o biri bacıların necə olub?" sualına İlahənin verdiyi cavab daha da təəccübləndirib:

"Bu hadisənin üstündən 7-8 il keçəndən sonra mənim anamı başqa bir kişiyə ərə veriblər. O vaxtı sən də qarabağlısan bilirsən, bizdə belə şeylər var idi ki, "dul gəlindir. Adına söz çıxmasın. Namus əldən gedər birdən". Ona görə də anamı başqa bir kişiyə ərə verdilər. Ondan da o biri iki bacım doğulub. O biri iki bacım anamın ikinci ailəsindən dünyaya gəlib". 

Təhməz Təkin
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.