"Bədii şura gözlərini bərəldib, elə məni görürdü" - Mehriban Xanlarova
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Allah məni pis gözlərdən qorusun.
Milli.Az bildirir ki, bu sözləri oxu.az-ın əməkdaşı ilə söhbətində Əməkdar artist Mehriban Xanlarova deyib. O, yay aylarında keçirdiyi dəhşətli qəzadan danışaraq, məsələnin onun xeyrinə həll olunduğunu bildirdi:
"Məhkəmə olmadı. Avtomobilim sığortalı idi. Sığorta şirkətinin nümayəndələri evə gəldi, vəziyyətimə baxdı və məsələni mənim xeyrimə həll etdi".
Uzun zamandır efirlərə çıxmayan sənətçi məsələyə bu cür don geyindirdi:
"Emosional insanam. Bunu hamı bilir. Qərara gəldim ki, bir müddət proqramlara çıxmayım. Haqsızlıq olanda özümdən çıxıram. Məndən asılı deyil, haqsızlığı götürmürəm. Özümü də cilovlaya bilmirəm".
Bir neçə ay öncə Space TV-də yayımlanan aparıcı Kamran Həsənlinin müəllif verilişində qonaq olub, açılan mövzu ətrafında aparıcı ilə sözü çəp gələn aktrisa, canlı efirdə yaşananlarla bağlı açıqlama verdi:
"Kamranın verilişinə çıxdım. Üstündən bir neçə dəqiqə keçmədi ki, aləm dəydi bir-birinə. Konkret sözümü çatdırıb, proqramı tərk etdim. Bunu orada da dedim, əgər mənim istedadım yoxdursa, məni lap apar Amerikada oxutdur, içim boşdursa, demək, boş da qalacaq.
Notları bilsəm də, oxumağa səsim olmayandan sonra notlar mənim nəyimə gərəkdir? Notu bilməyən o qədər müğənnilərimiz var ki, amma görün, necə gözəl ifa edirlər. Oxuyanda da bəh-bəhlə onları tərifləyirik. Əsas istedaddır. İstedad olandan sonra heç kim sərhəd çəkə bilməz.
Verilişdən normal şəkildə ayrıldım. İstəmədim ki, aramızda olan pərdə götürülsün. İndi də Kamranla görüşsəm, salamını alaram. Əgər almasa, özü bilər. Salam Allah salamıdır".
"Kanalların birində veriliş açıb, yenidən aparıcılıq edəcəksiniz?" sualına M.Xanlarova bu cür reaksiya bildirdi:
"İndi bütün məsələlər sponsorun gücü ilə həll olunur. Veriliş açmaq üçün ya gərək pulun olsun, ya da ki, yaxşı sponsor tapasan. Beynimdə maraqlı bir layihə var. Çox istərdim onu həyata keçirim. Bunu da zamanın axarına buraxmışam. Televiziyaların özündən təkliflər alıram".
"Aparıcı olduğunuz "Canım sizə desin" proqramında qonağınız ilə birgə şpaqat açaraq "Azəri Vandamı" təqlid etməniz ARB kanalının Bədii şurası tərəfindən labüd sayılmayaraq, bağlandı" şərhinə əməkdar artist od püskürdü:
"Telekanalda olan Bədii şura gözlərini bərəldib, elə məni gördü. Guya verilişimdə qlobal və qalmaqallı bir şey olmuşdu, ona görə qərara gəldilər ki, Mehribanın verilişi bağlanılmalıdır. O biri verilişlərə də gözlərini "şpilka"lıyıb diqqətlə baxıb, izləsinlər. Görsünlər, efirlərdə nələr baş verir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Yaprak dökümü”nün Hayriyesinin son halı - (Foto)
-
Əməkdar artistin oğlunun ifası gündəm oldu - (Video)
-
Məşhur türk vokal təlimçisi azərbaycanlı ifaçıları heyranlıqla paylaşdı - (Video)
-
Türkiyəli məşhur aktyor vəfat etdi - (Foto)
-
Pünhan toyunda həmkarlarını "ağ yuyub, qara sərdi": "Çoxunun məni gözü götürmür" - (Video)
-
Merve Özbeyin konsertdə başına iş gəldi: Xəstəxanaya aparıldı
XƏBƏR LENTİ
-
Deputat Sevil Mikayılova Aruşada IPU-nun İcraiyyə Komitəsinin iclasında iştirak edib - (Foto)
-
“Yaprak dökümü”nün Hayriyesinin son halı - (Foto)
-
Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır
-
General Nizami Məmmədov haqda yekun qərar verildi
-
Bakıda məktəbli qətlə yetirilib, sinif yoldaşı tutulub
-
Lətif Kərimovun 120 illik yubileyi Vyanada “Azərxalça” ASC-nin xüsusi xalça sərgisi ilə qeyd olunub - (Foto)
-
“Numizmatik irsdə təbiət izləri: Orta əsr sikkələrində fauna təsvirləri” adlı mühazirə keçirilib - (Foto)
-
Sabah leysan olacaq, çaylardan sel keçəcək
-
Yağışlar bu yolu bağladı - 8 kəndə gediş-gəliş çətinləşdi
-
Bakıda iti binadan atan şəxs həbs edildi
-
Tofiq Əliyev Böyük Britaniyada iki qızıl medal qazanıb - (Foto)
-
Rusiya Xarkovu vurdu
-
Polis yük maşınını saxladı, içərisindən qadın meyitləri çıxdı
-
Zehra Güneş: "Neymar yazdı ki, sevgilim yoxdur, türk yeməklərini sevirəm”
-
Millət Vəkili Sevil Mikayılova IPU-nun 153-cü Assambleyasında məruzə ilə çıxış edib - (Video/Foto)
-
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - (Foto)
-
Əməkdar artistin oğlunun ifası gündəm oldu - (Video)
-
Bakıda kanat yolları harada qurula bilər? - Ekspertlər açıqladı
-
Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi qaydası dəyişdirilib
-
Bakıda avtobus aşdı - (Video)
-
Astma, bronxit, pnevmoniya: Fərqləri nələrdir?
-
Milli İncəsənət Muzeyində Əli bəy Hüseynzadənin həyat vəyaradıcılığına həsr olunmuş xüsusi proqram keçirilib - (Foto)
-
Rusiyada taun xəstəliyi yayılır? - Xəstəxanalar karantinə bağlandı
-
Magistraturaya qəbul olan bu tələbələr pulsuz təhsil alacaqlar





