Vaxt var idi efirlərdə 5-10 nəfər eyni adamlar idi ancaq. Eyni söhbətlər, eyni adamlar - biri tapşırıqla, kiminin saxladığı, kiminin sponsorluq elədiyi. Amma indi əvvəlki kimi monopoliya deyil.
Milli.Az xəbər verir ki, bu sözləri meyxanaçı Aqşin Fateh növbəti dəfə qonağı olduğu "Hər şey daxil"də aparıcı Tarix Əliyevlə (Tolik) söhbəti zamanı deyib.
Meyxanaçının sözlərini Tolik narazılıqla qarşılayıb:
"Yox, monopoliya deyil. Bizdə tapşırıqla söz keçmir. Mən kanalım adından da danışıram.
Bu gün bir qızın sevgilisi var, Rusiyada 3 dənə dükanı var və ya hansısa məmurun oğludur, mənə yığır ki, "Tolik, salam. Mən filankəsəm e. Bu xanım mənim yanımdadır. Onu efirə çağırmaq olar?" Deyirəm "Allah atonun canını sağ eləsin. Mənə nə var atondan? Yox, çağırmaq olmaz. Sən onu atonun yanında işə götürə bilərsən? - Yox, bizə də bura olmaz!" Yəni, bu gün bəzi qızlar elə bilirlər ki, gedib hansısa icra hakiminin oğlu ilə görüşəcəklər, "uçaskovu"nun oğlu ilə görüşəcəklər, ya da hansısa məmurun oğlu ilə görüşərək müğənnilik sevdasına düşsələr, kanallar sizə qucaq açacaq, yox! Biz heç sizin güvəndiyiniz adamın sözü ilə hərəkət etmirik, o ki qalsın görüşdüyünüz oğlanlar. Ona görə belə şeylərə aldanıb gedib məmur övladları ilə görüşməyə meyilli olmayın".
Məhəmməd Vaqif
Milli.Az