Şou-biznes

“Onları son mənzildə də ayırmadım” - Əməkdar artist canlı yayında atasının ölümündən DANIŞDI - VİDEO - FOTO

10 Yanvar 2020 19:00
2 Şərh     Baxış: 8 980
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

ARB TV-nin efirində yayımlanan "Elgizlə izlə" verilişinin bugünkü buraxılışında əməkdar artist Yusif Mustafayevlə canlı bağlantı yaradılıb.

Milli.Az bildirir ki, əməkdar artist anasının ili çıxmamış dünyasını dəyişən atasından söz açıb və kövrəlib:

"Allah bütün ölənlərə rəhmət eləsin. Atam anamla bir-birlərinə ayrılmazlıqlarını sübut etdilər. Anamın ili çıxmamışdı, atam da dözmədi. Sözün həqiqi mənasında, dözmədi. Mən də apardım atamı anamın yanına dəfn etdim. Onları son mənzildə də ayırmadım. Sağ olsun dostlar, müğənni həmkarlar da gəlib başsağlığı verdilər. Müğənni dostum Baloğlan Əşrəfov gəldi, Elşad Qarayev də gəldi, Elçin Hüseynov gəldi, o, həm də mənim qayınımdı. Bütün həmkarlar hamısı burdadılar, sənətçi dostlarıma minnətdaram. Rayonlardan, bölgələrdən gəlib dəfndə iştirak etdilər. Minnətdaram ki, xalqım mənə belə dəyər verir".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.