Şou-biznes

Elman koreyalı həyat yoldaşı ilə Balidə - VİDEO - FOTO

8 Yanvar 2020 15:41
0 Şərh     Baxış: 4 793
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ötən ilin sonu Marqarita Soyla ailə quran azərbaycanlı müğənni Elman Zeynalov həyat yoldaşı ilə tətilə yollanıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Rusiyada fəaliyyət göstərən ifaçı istirahət üçün Bali adasını seçib. O, həyat yoldaşı ilə çəkilən videosunu sosial şəbəkədə paylaşıb. Görüntülərdə Soyu öpərək ləçək dolu hovuza tullanan Elman paylaşımına "Həyat yoldaşım olmaq üçün çox gözəlsən, amma mən şanslıyam" sözlərini yazıb.

Eyni videonu izləyiciləri ilə bölüşən Marqarita isə "Mənim okeanım, mənim ərim" sözləri ilə Elmana qarşılıq verib.

Onun sosial media hesabında soyadını dəyişdirib "Zeynalova" qoyması da diqqət çəkib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.