Şou-biznes

Nura Suri haqqında yazılanlardan DANIŞDI: “Tək mən deyiləm, bu aləmdə hamı …” - VİDEO - FOTO

17 Dekabr 2019 18:39
9 Şərh     Baxış: 3 236
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ARB TV-nin "Show News" verilişinin növbəti müsahibi ifaçı Nura Suri olub.

Milli.Az xəbər verir ki, müğənni haqqında gəzən şayələrə artıq qəzəblənmədiyini deyib:

"Başqasının həyatı səni niyə maraqlandırır. Plastik əməliyyat etmişəmsə də bunun kimə nə dəxli? Hərdən haqqımda elə şeylər danışırlar ki, fikirləşirəm ki, mənim nə maraqlı həyatım var. Heç özümün də xəbərim yoxdur. Özümü Hürrəm kimi hiss edirəm. Əvvəllər əsəbləşirdim, çünki anam məni narahat edirdi. Deyirdi ki, gör sənin haqqında nələr yazırlar. Sonra onu başa saldım ki, mənim sənətim elədir ki, bu aləmdə hamı üçün danışırlar, tək mən deyiləm. Amma indi haqqımda danışılanda sevinirəm. Başa düşürəm ki, hansısa naliyyət əldə etdiyim üçün kimlərisə narahat edirəm".

Sənətçi heyvanlara qarşı olan sevgisindən də danışıb:

"Heyvanları çox sevirəm. Onlar insanlardan fərqli olaraq çox vəfalı və sədaqətlidirlər.Üzərində canavar şəkli olan paltar geyinmişdim. Hamı soruşdu ki, niyə məhz canavar? Yer üzündə ən qeyrətli canlı varsa o da canavardır. Düşünürəm ki, heyvanlardan öyrənəcəyimiz çox şey var. Buna görə də çalışıram aksesuarlarımda heyvan fiqurlarından daha çox istifadə edirəm".

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.