Şou-biznes

Nigarın qızı “Tottenhem”də deyil, “Çelsi”də oynamaq istəyir

17 Dekabr 2019 18:19
9 Şərh     Baxış: 8 474
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Eurovision 2011"in qalibi Nigar Camal qızı Jasmini "Tottenhem" futbol klubunun qızlardan ibarət komandasında yer alması barədə yazılan məlumatlara münasibət bildirib. 

Milli.Az xəbər verir ki, sənətçi "Qafqazinfo"ya açıqlamasında 14 yaşlı qızının peşəkar futbolla məşğul olduğunu, Jasminin sözügedən komandanın üzvü olmadığını qeyd edib. 

Nigar vurğulayıb ki, Jasminin hədəfi "Çelsi"dir:  "Qızım çalışır ki, "Çelsi"nin qız komandasına qəbul olunsun. "Tottenham"da oynamır. Bütün oyunlarına gedir. İngiltərədə hər məktəbdə belə dərslər keçilir. Amma qızım məktəbdə deyil, peşəkar komanda ilə çalışır. Burada hamı futbolun dəlisidir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.