Emin Ağalarov: İdman mənim həyatımın bir hissəsidir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bugünkü çıxışımı bütün ömrüm boyu xatırlayacağam. Tamaşaçıların azarkeşliyi və arenadakı ab-hava möhtəşəm idi.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri sentyabrın 16-da Bakıda təşkil olunan bədii gimnastika üzrə 37-ci dünya çempionatının möhtəşəm açılış mərasimində çıxış edən Xalq artisti Emin Ağalarov jurnalistlərə müsahibəsində deyib.
Hit mahnıların ifaçısı bildirib: "Təşkilatçılar elə mahnılar seçmişdirlər ki, onlar hamı tərəfindən sevilir. "Сбежим в Баку", "Мой Азербайджан" və Müslüm Maqomayevin repertuarından "Синяя вечность" çox məşhur və sevilən mahnılardır. Dünya çempionatının açılış mərasiminə dəvət olunduğum üçün çox şadam. Həmişəki kimi tamaşaçılar möhtəşəm idi. Hər zaman Azərbaycanda çıxış edəndə üzərimdə böyük məsuliyyət hiss edirəm. Tamaşaçıların məni isti qarşılaması çox sevindirici haldır. "Мой Азербайджан" mahnısını arenada olan tamaşaçılarla birgə ifa etdim. Etiraf etməliyəm ki, bu gün mənim üçün yaddaqalan olacaq".
"Dünya çempionatında Azərbaycan və Rusiya gimnastlarına azarkeşlik edirəm. Ümid edirəm ki, Azərbaycan gimnastları uğurla çıxış edib xalqımızı sevindirəcəklər. İdman mənim həyatımın bir hissəsidir. İdmanla hamı məşğul olmalıdır. Çünki bu məşğuliyyət insan ömrünü uzadır", - deyə E.Ağalarov əlavə edib.
Qeyd edək ki, "Tokio 2020" Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan çempionatda 61 ölkədən 300 gimnast 9 dəst medal uğrunda mübarizə aparır.
"Nağıllar gerçəkləşəcək" devizi ilə təşkil olunan dünya çempionatına Azərbaycan 9 gimnastla qatılıb. Fərdi proqram üzrə yarışlarda Zöhrə Ağamirova, Veronika Qudis, Yelizaveta Luzan və Məryəm Səfərova güclərini sınayacaqlar. Qrup hərəkətlərində isə komandamızın heyətində Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina yer alıblar.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Nail Kəmərlinin yeni iş yeri bəlli oldu
-
Ofelya Şabanova: "O qaça-qaça qardaşımın yasına gəldi"
-
Məşhur tiktoker "Arzum" həbs edildi
-
Ağadadaş Ağayevin müğənni bacısı oğlu: "Dayım mənənə dəstək olmur" - (Video)
-
Məşhur aktyorun xanımı ilə fotolarını süni intellektə bənzətdilər - (Fotolar)
-
Xalq artisti qızına 2 gün toy edəcək - (Foto)
XƏBƏR LENTİ
-
Xamenei burada dəfn olunacaq - (Video)
-
Gəncədə gecə yarısı qan töküldü
-
Nail Kəmərlinin yeni iş yeri bəlli oldu
-
Kiyevdə matəm elan edildi
-
Sandro Tonalinin yeni klubu bəlli oldu
-
Bakının 4 rayonunda su kəsintisi olacaq
-
Xameneyinin tabutunun ilk görüntüsü - (Foto)
-
FHN avtomobillərini binaların həyətində nizamsız park edənlərə müraciət etdi
-
Ofelya Şabanova: "O qaça-qaça qardaşımın yasına gəldi"
-
10 marşrutun hərəkəti istiqaməti dəyişdirilir
-
Məşhur tiktoker "Arzum" həbs edildi
-
Bakıxanovdakı yaşayış kompleksində yanğın: 4 avtomobilə ziyan dəyib - ( Foto)
-
Puşkinin Hemerdəki abidəsi yoxa çıxdı - Tapan mükafat alacaq - (Foto)
-
Bir və Xəzər Universiteti gələcəyin peşəkarları üçün güclərini birləşdirir - (Foto)
-
Səhiyyə Nazirliyi apteklərdə nöqsanlar tapdı - Bu dərmanlar satışdan kənarlaşdırıldı
-
Seneqalın ulduzu: “Məşqçilər dəyişməsə, milliyə qayıtmayacağam”
-
İtkin düşmüş şəxslərlə bağlı yeni rəqəmsal platforma istifadəyə verilib
-
Ağadadaş Ağayevin müğənni bacısı oğlu: "Dayım mənənə dəstək olmur" - (Video)
-
Alyona Əliyeva “Zamanın naxışları” moda nümayişində iştirak edib - (Foto)
-
İyulun əvvəlində şans bu bürclərin üzünə güləcək
-
İyulun 12-də qəbul imtahanı verəcək abituriyentlərin nəzərinə!
-
Neftimiz ucuzlaşdı
-
Yevlaxda abadlaşdırılmış məhəllə Leyla Əliyevanın iştirakı ilə sakinlərin istifadəsinə verilib - (Foto)
-
Leyla Əliyeva Yevlaxda “Gənc arıçı” layihəsinin iştirakçısı ilə görüşüb - (Foto)





