Şou-biznes

Yusif Mustafayev əllə plov yedi, tənqid olundu - VİDEO

4 Aprel 2019 17:14
18 Şərh     Baxış: 4 072
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əməkdar artist Yusif Mustafayevin yeni videosu yayılıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, görüntüdə müğənni bu dəfə əli ilə plov yeyir. Onun videosunu aparıcı Günay Firudinqızı İnstaqram səhifəsində paylaşıb.

Video qısa vaxtda 8 mindən çox izlənilib. Mustafayev Günaya aşı əllə yeməyi öyrədib. Aparıcı da ona qoşularaq yeməyi əli ilə yeməyə başlayıb. Sosial şəbəkə istifadəçiləri müğənni və aparıcını tənqid ediblər.

Qeyd edək ki, Yusif son günlər sosial şəbəkədə yayılan videoları ilə gündəmə gəlir. Bundan əvvəl o, toyda ofisiantı qorxutmuş, daha sonra isə mahnı oxuyan zaman "ta-ta-ta" sözlərini işlətmişdi.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Yusif Mustafayev plovu əllə yedi, tənqid olundu

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.