Nəzərinizə çatdıraq ki, geyimləri "Debenhams" geyim mağazası təqdim edib.
Daha sonra aparıcı müsabiqə iştirakçılarının SMS nömrələrini açıqlayaraq, tamaşaçıları ən yaxşı modeli seçməyə səslədi.
Bundan başqa, F.Atakişiyev münsiflər heyəti təqdim etdi. Əməkdar incəsənət xadimi, modelyer Fəxriyyə Xələfova, "Pasaj" jurnalının baş redaktoru Nərminə Ağası, stilist Syama, müğənni və model Züleyxa Akçurina, geyim üzrə stilist Aygün Əliyeva münsiflər heyətini təmsil edirdilər.
Verilişdə müğənni Roza Zərgərli, "Azəri star 2010" iştirakçısı Fəqan Əliyev və klub ifaçısı Cəbrayıl Rəsulov öz repertuarlarında yer alan mahnıları ifa etdilər.
Onu da qeyd edək ki, hər üç ifaçı müsabiqə iştirakçıları ilə rəqs edərək, xoş dəqiqələr yaşatdılar.
Bundan başqa, verilişdə Firdovsi Atakişiyevin DJ Çina və iştirakçılarla zarafatlaşıb, rəqs etməsi, model-müğənni Züleyxa Akçurinanın səhnədə fəxriyyə Xələfovanın kolleksiyasından geyindiyi yaşıl rəngli paltarla defile etməsi, Nərminə Ağasının oğlu ilə şəkil çəkdirməsi, DJ Çinanın münsiflərin işlərinə müdaxilə etməsi və xüsusilə, Cəbrayıl Rəsulovun ifasından sonra aparıcının təqdimatıyla müğənninin həyat yoldaşı stilist Syamanı səhnəyə dəvət etməsi maraq doğuran məqamlardan idi.
Müsabiqənin sonunda həftə boyu model xanımların fotoqraf Anfisa Bessonovanın hazırladığı fotossesiya təqdim olundu. Budəfəki fotosessiyalar paytaxtın dəbdəbəli otellərinin birində hazırlanmışdı.
Münsiflər heyəti fotosessiyaları nəzərdən keçirərək Yuliya Klimovanı qalib seçildilər.
Daha sonra aparıcı SMS nəticələrini açıqladı. Belə ki, həftənin birincisi model Eyyubova Diana, ikincisi Arsentyeva Olqa və üçüncüsü Klimova Yuliya oldu. Müsabiqəni tərk edən isə Əbilova Gülnar oldu.
Xatırladaq ki, qonaqlara və modellərə modelyer Fəxriyyə Xələfovanın "Nuray" qadın ətri hədiyyə olunurdu.
Məlumat üçün bildirək ki, müsabiqə hər həftənin bazar ertəsi saat 22.30-da "Lider" televiziyasında keçiriləcək. Hər həftənin cümə axşamı və cümə günü 20 dəqiqəlik gündəliklər olacaq ki, bu da televiziya vasitəsilə yayımlanacaq. Gündəliklərin aparıcısı peşəkar model İlqar Əliyev olacaq. Gündəliklərin çəkilişi müxtəlif məkanlarda olacaq, müxtəlif geyimlərdə modellərin fotosessiyaları, rəngarəng görüntüləri təqdim olunacaq.
Layihənin baş sponsoru "Nissan - Azərbaycan" şirkəti, informasiya tərəfdaşı TREND Xəbərlər Şirkəti, Day.Az və Milli.Az xəbər portallarıdır.
"Azəri Top Model"lərin SMS seçiminə görə, həftəlik siyahısı:
Eyyubova Diana
Arsentyeva Olqa
Klimova Yuliya
Allahverdiyeva Səbinə
Rizayeva Oksana
Ramazanova Nərminə
Əliyeva Çinarə
Şevçenko Aleksandra
Cəfərova Maya
Əlizadə Ləman
Rüstəmova Elvira
Əbilova Gülnar
Fuad Mədətov
Milli.Az












































































