Şou-biznes

"Azəri Top Model"i kim tərk etdi? - FOTOSESSİYA

2 Avqust 2011 16:46
Baxış: 1 485
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Dünən 14 model xanımın iştirakı ilə "Azəri Top Model" müsabiqəsi keçirildi.

Milli.Az xəbər portalının məlumatına görə, layihənin ideya müəllifi, əməkdar artist Firdovsi Atakişiyevin aparıcılığı ilə gerçəkləşən müsabiqədə ilk əvvəl 14 model xanım podiuma təşrif buyuraraq, dünya şöhrətli modelyerlərin geyim kolleksiyalarını nümayiş etdilər. DJ Çinanın müşayiəti ilə podiuma bir-bir çıxan model xanımlar onlar üçün ayrılan yerdə durdular.

Nəzərinizə çatdıraq ki, geyimləri "Debenhams" geyim mağazası təqdim edib.

Daha sonra aparıcı müsabiqə iştirakçılarının SMS nömrələrini açıqlayaraq, tamaşaçıları ən yaxşı modeli seçməyə səslədi.

Bundan başqa, F.Atakişiyev münsiflər heyəti təqdim etdi. Əməkdar incəsənət xadimi, modelyer Fəxriyyə Xələfova, "Pasaj" jurnalının baş redaktoru Nərminə Ağası, stilist Syama, geyim üzrə stilist Aygün Əliyeva, müğənni və model Züleyxa Akçurina, o cümlədən bu dəfəki verilişdə bəstəkar Vüsalə Hikmət (İlyasova) münsiflər heyətini təmsil edirdilər.

Verilişdə müğənni əməkdar artist Ədalət Şükürov, müğənni Rəhim Rəhimli və "Klan A Plan" rep qrupu qonaq qismində iştirak edərək, öz repertuarlarında yer alan mahnıları ifa etdilər.

Onu da qeyd edək ki, Rəhim Rəhimli və "Klan A Plan" qrupu birgə "Şəkər" mahnısını oxuyaraq, tamaşaçıları çoşdururdular. R.Rəhimlinin ikinci-növbəti çıxışı da yaddaqalan oldu. Belə ki, "Tin uşaqları" qrupunun repertuarından olan mahnını ifa edərək, iştirakçıları və aparıcının rəqs etməsiylə diqqəti cəlb edirdi.

Bundan başqa, verilişdə Firdovsi Atakişiyevin DJ Çina və iştirakçılarla zarafatlaşıb, rəqs etməsi, model-müğənni Züleyxa Akçurinanın Fransa dilində ifa etdiyi mahnının nostalgiyaya səbəb olması, o cümlədən, Z.Akçurinanın geyindiyi modelyer Fəxriyyə Xələfovanın geyim kolleksiyasından olan bənövşəyi rəngli paltarı da nəzərləri üzərinə çəkirdi.

Müsabiqənin sonunda həftə boyu model xanımların fotoqraf Vüsal Verdiyevin hazırladığı fotossesiya təqdim olundu. Bu dəfəki fotosessiyalar iki model xanımların iştirakı ilə fotostudiyada çəkilmişdi.

Münsiflər heyətinə nümayiş olnunan fotosesiyaların nəticəsində Rizayeva OksanaArsentyeva Olqa qalib seçildilər.

İştirakçı model Arsentyeva Olqanın ayağı zədələndiyindən səhnəyə çıxmaqda tərəddüd edirdi. Verilişin boyu Olqa səhnə arxasında əyləşməklə kifayətlənməli olurdu.

Daha sonra aparıcı SMS nəticələrini açıqladı. Belə ki, həftənin birincisi model Ramazanova Nərminə, ikincisi Rüstəmova Elvira və üçüncüsü Eyyubova Diana oldu. Müsabiqəni tərk edən isə heç bir model iştiarkçı olmadı. Səbəb isə aparıcının müqəddəs Ramazan Bayramının olmasının qeyd edərək, müsabiqədən heç kimin ayrılmasını istəməməsi oldu. Aparıcının fikirini alqışlayan münsiflər heyəti də razılaşdılar. Amma əslində SMS nəticələrinə görə, Həsənova Xana müsabiqəni tərk etməli olacaqdı.

Xatırladaq ki, qonaqlara və modellərə modelyer Fəxriyyə Xələfovanın "Nuray" qadın ətri hədiyyə olunurdu.

Qeyd edək ki, veriliş bitdikdən sonra müsabiqənin sponsorlarından olan "Pizza hut" restoranın təqdim etdiyi üzərində "Lider" televiziyasının loqosu həkk olunan tortu Firdovsi Atakişiyev kəsdi. Tortdan hamı dadsa da, DJ Çina dadmadı. Çinanın dediyinə görə, şirniyyatla elə də arası yoxdur.

Məlumat üçün bildirək ki, müsabiqə hər həftənin bazar ertəsi saat 22.30-da "Lider" televiziyasında keçiriləcək. Hər həftənin cümə axşamı və cümə günü 20 dəqiqəlik gündəliklər olacaq ki, bu da televiziya vasitəsiylə yayımlanacaq. Gündəliklərin aparıcısı peşəkar model İlqar Əliyev olacaq. Gündəliklərin çəkilişi müxtəlif məkanlarda, müxtəlif geyimlərdə modellərin fotosessiyaları, rəngarəng görüntüləri olacaq.

Layihənin baş sponsoru "Nissan - Azərbaycan" şirkəti, informasiya tərəfdaşı TREND Xəbərlər Şirkəti, Day.Az və Milli.Az xəbər portallarıdır.

"Azəri Top Model"lərin SMS seçiminə görə, həftəlik siyahısı:

Ramazanova Nərminə
Rüstəmova Elvira
Eyyubova Diana
Rzayeva Təranə
Əbilova Gülnar
Allahverdiyeva Səbinə
Rizayeva Oksana
Əlizadə Ləman
Arsentyeva Olqa
Əliyeva Çinarə
Şevçenko Aleksandra
Klimova Yuliya
Cəfərova Maya
Həsənova Xana

Fuad Mədətov
Milli.Az
































































































































































































































Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.