Şou-biznes

"Deyirlər ki, mən Ermənistanı dəstəkləmişəm" - Sami Yusif - FOTO

21 Mart 2017 18:59
12 Şərh     Baxış: 3 902
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əslən Cənubi Azərbaycandan olan və Londonda yaşayan müğənni Sami Yusif bu gün Bakıda media nümayəndələri ilə görüşüb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sabah Heydər Əliyev Sarayında verəcəyi konsertlə bağlı danışan ifaçı Bakını çox sevdiyini deyib.

O. bir müddət əvvəl Türkiyə mediasına müsahibəsi zamanı  Ermənistanın ötən ilki "Eurovision" təmsilçisi barədə dediyi sözlərə aydınlıq gətirib:

"Deyirlər ki, mən Ermənistanı dəstəkləmişəm. Amma belə bir şey olmayıb. Məndən Azərbaycanın "Eurovision" iştirakçısı barədə soruşdular. Dedim, yaxşıdır, amma milli çalarlar, təəssüf ki, yoxdur. Sonra isə Ermənistan təmsilçisi barədə soruşanda bildirdim ki, "Amma onlar milli elementlərdən istifadə ediblər". Müsahibəni yaddan çıxarıb sadəcə bu nüansı şişirdilər".

Qeyd edək ki, konsertin təşkilatçısı Tural Vəlizadədir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.