"Bozbash pictures" komandası "Stalinin başı" adlı yeni komediya filmi çəkir.
Axşam.az-ın məlumatına görə, çəkilişləri bir müddətdir başlayan ekran işində İlkin Həsəni, Elşən Orucov, Ramil Babayev, Nicat Rəhimov, İlkin Misgərli, Ənvər Abbasov və başqaları rol alıblar.
Filmin qala-gecəsi gələn ilin martında baş tutacaq.
İ.Həsəni: "Keçən il söz verdiyim kimi, budəfəki filmimiz daha maraqlı və gülməli olacaq",- deyib.
Milli.Az