Şou-biznes

Aygün Kazımova Almaniyada festivala gedir - FOTO

15 Avqust 2016 10:27
17 Şərh     Baxış: 3 384
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yay olmasına baxmayaraq xalq artisti Aygün Kazımova vaxtının çoxunu istirahətə deyil, yaradıcılığına sərf edir.

Avqust ayının 20-si həmkarı Rəhim Rəhimli ilə solo-konsertə hazırlaşan yerli şou-biznesin divası eyni zamanda bir neçə aydır ki, avqust ayının 27-si Almaniyada keçiriləcək "DAF BAMA Music Awards 2016" mükafatlandırma mərasiminə hazırlaşır.

Avropanın ən yaxşı arenaları siyahısına düşən Barkleykard arenanın səhnəsində möhtəşəm şou göstərmək üçün Aygün Kazımova bir neçə aydır ki, komandası ilə hazırlıq görür.

Barkleykard arenasında Adel, Stinq, Skuter, Rihanna, Kris Braun, Brayan Adams, "Take that" qrupu, Elli Qouldinq və bir sıra dünya ulduzları konsert proqramı ilə çıxış ediblər.

Aygün Kazımova isə ilk azərbaycanlı sənətçidir ki, adıçəkilən beynəlxalq mükafatlandırma mərasiminə dəvət olunub. 

Mükafatlandırma mərasimində dünya ulduzları ilə bərabər qırmızı xalıdan keçəcək Aygün Kazımova üçün modelyer Gulya Chagtex eksklüziv libas hazırlayır.

"DAF BAMA Music Awards" mükafatlandırma mərasimində xalq artistinin stili üzərində uzun illər layihələrinin baş stilisti olan Ruxa çalışır.
Mükafatlandırma mərasiminə Aygün Kazımova stilisti, saç ustası, modelyeri və bütün komandası ilə birgə yola düşəcək. Aygün Kazımovanın ən yaxın dostu Rəhim Rəhimli də dəstək üçün xalq artisti ilə Almaniyaya səfər edəcək.
"DAF BAMA Music Awards"da Aygün Kazımovanın prodüserliyini Gürcüstanın ən məşhur prodüser və pop ifaçılarından olan Stefane Mqrebrişvili edəcək.
Qeyd edək ki, Sfefane MTV Europe hit-paradında yer alan ilk gürcü ifaçıdır. Bununla yanaşı, onun müsahibələri BBC, CNN, SKY, RAİ kimi nüfuzlu telekanallarda yayımlanıb. Eyni zamanda Gürcüstanda yayımlanan "Voice" və "X-factor" musiqi yarışlarında münsif kürsüsündə əyləşib. Hazırda o, Gürcüstanın ən məşhur müğənniləri ilə əməkdaşlıq edir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.