Evimizdəki ən çirkli yer: Tualetdən 5 dəfə daha təhlükəlidir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Elmi araşdırmalar gündəlik istifadə etdiyimiz adi məişət əşyalarının sağlamlığımız üçün ciddi təhlükə yarada biləcəyini ortaya qoyub.
Milli.Az xəbər verir ki, araşdırmalara görə, plastik qəhvə fincanları, mətbəx süngərləri, çay paketləri, alış-veriş qəbzləri və ətirli şamlar insan sağlamlığına səssiz, lakin davamlı şəkildə zərər verə bilər.
"Journal of Hazardous Materials" jurnalında dərc olunan araşdırmaya əsasən, plastik və ya plastik örtüklü birdəfəlik qəhvə fincanları isti içkilərlə təmasda olduqda mayeyə minlərlə mikroplastik hissəcik buraxır.
Tədqiqatçılar bildirir ki, gündə cəmi 300 ml qəhvə içən bir insan ildə təxminən 363 min mikroplastik hissəcik qəbul edə bilər.
Mətbəx süngərləri
Almaniyanın Furtwangen və Giessen universitetləri ilə Helmholtz Mərkəzinin birgə araşdırması adi bir mətbəx süngərində 350-dən çox bakteriya növünün yaşaya bildiyini göstərib.
Almaniya Federal Risk Qiymətləndirmə İnstitutu süngərlərin həftədə ən azı bir dəfə dəyişdirilməli olduğunu vurğulayır.
Oyun pultları
UNICEF və Unilever-in əməkdaşlığı ilə aparılan araşdırma zamanı müxtəlif evlərdən toplanan oyun pultlarının səthində unitaz oturacağından təxminən beş dəfə çox bakteriya aşkar edilib.
Məlumata görə, unitaz oturacağında hər 100 sm²-də orta hesabla 1600 bakteriya olduğu halda, oyun pultlarında bu rəqəm 7800-ü ötür. Bu isə xüsusilə uşaqlar arasında infeksiyaların yayılma riskini artırır.
Çay paketləri
Kanadanın MakGill Universitetinin araşdırmasına əsasən, plastik tərkibli çay paketləri 95°C isti suda 11,6 milyard mikroplastik və 3,1 milyard nanoplastik hissəcik buraxır. Bu göstərici qida məhsulları arasında qeydə alınan ən yüksək səviyyələrdən biri sayılır.
Qəbzlər və ətirli şamlar
Harvard Universitetinin araşdırması göstərir ki, alış-veriş qəbzlərinə cəmi 10 saniyə toxunmaq belə orqanizmdə BPA səviyyəsinin artmasına səbəb ola bilər.
Bundan əlavə, parafin əsaslı ətirli şamların yandırılması formaldehid və benzol kimi zərərli maddələrin havaya yayılmasına gətirib çıxarır. ÜST bu maddələrin uzunmüddətli təsirinin astma və xərçəng riski ilə əlaqəli olduğunu bildirir.
Fidan
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bakıda 2 yaşlı qız su kanalında boğularaq ölüb
-
Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?
-
Azərbaycanda payız yay havasına döndü
-
Avropa Liqası: "Beşiktaş" İngiltərə, "Yuventus" Fransa klubuna qarşı
-
Sabahdan bu məhsulların ixracı kəskin bahalaşacaq
-
"Səni sabah bu gündən daha çox sevəcəyəm"
-
Azərbaycan nefti bahalaşdı
-
Sergen Yalçının Türkiyə millisindəki qazancı bəlli oldu
-
Qarabağ xalçası Peruda muzeydə nümayiş etdiriləcək
-
Qazın qiyməti ucuzlaşdı
-
Gələn ay 5 gün tətil olacaq - Tarixlər açıqlandı
-
Səudiyyə Ərəbistanında hava limanına dron hücumu - Ölən və yaralananlar var
-
Paşinyanla Kobaxidze sammit üçün Brüsselə gedir
-
Qubada kişinin meyiti həyətdə tapıldı
-
Çinli müğənni konsertdə səhnədən yıxıldı (Video)
-
İsti havada kondisioneri qoşmaq qərarını sürücü verə bilməz – “BakuBus”
-
Neftin qiyməti kəskin bahalaşdı
-
Pendirdən daha çox kalsium ehtiva edir - sümükləri betona döndərir
-
Çox yaşamaq istəyirsinizsə it saxlayın
-
"Atam məni qəbul etmədi, öləndə də danışmadı" - Nurəddin Mehdixanlı
-
Kondisionerdən soyuqdəymə mifdir, yoxsa reallıq?
-
Makaronun sirri unda yox, formasındadır - Ən faydalı növü bəlli oldu
-
Dibçəyə 1 stəkan əlavə edin - solğun gülləri canlandırır
-
Ağcaqanadlara qarşı lazer silahı: Bir gecədə evdəki bütün həşəratları yox etdi





