Dünya

İlk görüşdən sonra 159 min mesaj: "Ruh əkizini" tapan qadın həbs olundu

10 Fevral 2026 00:38
Baxış: 344
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-nin Arizona ştatında yaşayan Jaklin Kler Ades adlı qadın tanışlıq saytında tanış olduğu şəxslə cəmi bir dəfə görüşdükdən sonra ona 159 mindən çox mesaj atdığı və dəhşətli hədə-qorxular gəldiyi üçün həbs edilib. Polisin "müasir dövrün ən qorxulu təqib hadisələrindən biri" adlandırdığı bu hadisə hər kəsi şoka salıb.

Milli.Az xəbər verir ki, ilkin istintaq zamanı mesajların sayının 65 min olduğu bildirilsə də, polis sənədlərinin dərindən araşdırılması nəticəsində məlum olub ki, Ades zərərçəkənə 159 mindən çox mesaj göndərib. Bu, uzun müddət ərzində demək olar ki, hər dəqiqə mesaj atmaq deməkdir.

Adesin mesajları sadəcə sevgi etiraflarından ibarət olmayıb. 2017-ci ildə həmin şəxsin mülkündən uzaqlaşdırıldıqdan sonra mesajların məzmunu qəddarlaşmağa başlayıb. Sənədlərə görə, o, aşağıdakı dəhşətli mesajları göndərib:

"Sənin böyrəklərindən suşi, əl sümüklərindən isə yemək çubuqları hazırlayardım.", "Beyin qişanı və kəllə sümüyünün üst hissəsini geyim kimi geyinərdim." "Sənin qanında çimmək istərdim."

Təqib sadəcə virtual aləmlə məhdudlaşmayıb.  Polis Adesi həmin şəxsin evində, hamam otağında çimərkən yaxalayıb və izinsiz daxil olma cinayəti ilə saxlayıb.

Sərbəst buraxıldıqdan dərhal sonra adamın iş yerinə gedərək "onun həyat yoldaşı olduğunu" iddia edib və yenidən həbs olunub.

Həbsxanada verdiyi müsahibədə 31 yaşlı Ades özünü müdafiə edərək, milyonerlər üçün nəzərdə tutulan "Luxy" tətbiqi vasitəsilə tanış olduqlarını və həmin şəxsi görən kimi "ruh əkizini" tapdığını düşündüyünü deyib. O, bu hərəkətlərinin "sevgi" olduğunu iddia edir.

Mütəxəssislər Adesin ciddi psixi sağlamlıq problemləri olduğunu düşünürlər. Hazırda o, tacavüz, hədə-qorxu və mülkə qanunsuz daxil olma maddələri ilə mühakimə olunur. Məhkəmə prosesi 2026-cı ilin fevral ayında davam edəcək.

Lalə Qüdrətova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.