Onlar da şəhid sayılır? - AÇIQLAMA
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Son vaxtlar Rusiya-Ukrayna müharibəsində həlak olan bəzi Azərbaycan vətəndaşlarının ölkəmizdə şəhid kimi dəfn olunduğu və məzarlarının üzərinə şəhid yazıldığına dair sosial şəbəkələrdə görüntülər yayılır.
Bəs bu nə qədər qanunidir?
Mövzu ilə bağlı Milli.Az-a açıqlamasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov bildirib ki, qanunla "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının" təsdiq olunması haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 1.1 bəndinə əsasən Şəhid - Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Bu qərarın 4.1 bəndinə əsasən şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi və hərbi hissənin arayışı əsasında təsdiq olunur".
Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsində iştirak edən Azərbaycan vətəndaşlarla bağlı Baş Prokurorluq xəbərdarlıq edib.
Qeyd olunub ki, son dövrlər hüquq-mühafizə orqanları tərəfindən aparılan araşdırmalar və mediada yayılan məlumatlara əsasən Rusiya və Ukrayna arasında davam edən hərbi əməliyyatlarda, eləcə də digər silahlı münaqişələrdə Azərbaycan Respublikasının bəzi vətəndaşlarının da iştirak etməsi halları müşahidə olunur.
"Təəssüflə qeyd edirik ki, bu döyüşlər nəticəsində həlak olan, ağır yaralanan, habelə əsir düşən vətəndaşlarımız var.
Bildiririk ki, Azərbaycan Respublikası vətəndaşlarının həyatını, təhlükəsizliyini, hüquq və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi və vəzifəsi kimi qəbul edərək, qanunvericiliyə zidd fəaliyyət göstərən, hüquq qaydalarını pozan hər bir şəxsə münasibətdə hüquqi məsuliyyətin qaçılmazlığı prinsipi əsasında qətiyyətli və barışmaz mövqe nümayiş etdirir.
Belə ki, xarici dövlətlərin ərazisindəki silahlı münaqişələrdə iştirak etmək sadəcə fərdi seçim deyil, milli cinayət qanunvericiliyi və beynəlxalq konvensiyaların tələblərinə görə ağır, bəzi hallarda isə xüsusilə ağır cinayətdir", - müraciətdə qeyd edilib.
Bildirilib ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən muzdluluq, yəni hərbi münaqişədə və hərbi əməliyyatlarda iştirak edən dövlətin vətəndaşı olmayan, onun ərazisində daimi yaşamayan, habelə rəsmi vəzifələrin yerinə yetirilməsi üçün göndərilməyən, maddi mükafat əldə etmək məqsədilə fəaliyyət göstərmək, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qrupların fəaliyyətində iştirak etmə cinayət hesab olunaraq, bu əməllərə görə müəyyən müddətə (8 ildən 20 ilədək) və ya ömürlük azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulur:
"Vətəndaşlarımızın diqqətinə çatdırılır ki, hər hansı bir ideoloji, maddi, şəxsi və sair maraqdan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrdə iştirak etmək cinayət hesab edilir.
Artıq bu növ fəaliyyətlərlə məşğul olan bir neçə vətəndaşımız barəsində Azərbaycan Respublikasının aidiyyəti hüquq-mühafizə orqanları tərəfindən cinayət işləri başlanılıb və bəzi işlər üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib və təqsiri sübuta yetirilən şəxslər barəsində müvafiq hökmlər çıxarılaraq həmin şəxslər uzunmüddətli azadlıqdan məhrum etmə cəzalarına məhkum ediliblər. Bu kateqoriyadan olan digər cinayət işləri üzrə isə hazırda ibtidai istintaq davam etdirilir.
Ölkəmizin hüquq-mühafizə orqanları qeyd olunan qanunsuzluqların qarşısının alınması və qanuna zidd əməllərə yol verənlərin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində bütün zəruri tədbirləri görməkdədir.
Xatırladaq ki, Konstitusiyaya əsasən Azərbaycan vətəndaşının vəzifəsi öz dövlətinin qanunlarına riayət etmək və öz vətənini müdafiə etməkdir. Heç bir maddi maraq sizin həyatınızdan, azadlığınızdan və gələcəyinizdən daha əhəmiyyətli ola bilməz. Qanunsuz fəaliyyətlərdən çəkinmək və milli maraqları uca tutmaq isə hər birimizin mənəvi və hüquqi məsuliyyətidir.
Vətəndaşlarımızı ayıq-sayıq olmağa, qanunsuz çağırışlara uymamağa və dövlətimizin qanunlarına hörmətlə yanaşmağa çağırırıq".
Ayxan
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ruslan Ənvərliyə Kənd Təsərrüfatı Nazirliyində vəzifə verildi
-
Sabah Oğuzda qaz olmayacaq
-
Leyla Əliyevanın təşəbbüsü ilə yaşıllıqların mühafizəsinə dəstək verən “agac.az” mobil tətbiqi istifadəyə verilib
-
Mustafa Sandalın qayınatasının evi atəşə tutulub: Hücumun təfərrüatı - (Foto)
-
Milli İncəsənət Muzeyində “Klassik musiqi zamanı” adlı konsert proqramı keçirilib - (Foto)
-
Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub - (Foto)
XƏBƏR LENTİ
-
Ruslan Ənvərliyə Kənd Təsərrüfatı Nazirliyində vəzifə verildi
-
Sabah Oğuzda qaz olmayacaq
-
Leyla Əliyevanın təşəbbüsü ilə yaşıllıqların mühafizəsinə dəstək verən “agac.az” mobil tətbiqi istifadəyə verilib
-
Mustafa Sandalın qayınatasının evi atəşə tutulub: Hücumun təfərrüatı - (Foto)
-
Rusiyalı azarkeş oşğlunun yanında can veribmiş - (Yenilənib/Foto)
-
Milli İncəsənət Muzeyində “Klassik musiqi zamanı” adlı konsert proqramı keçirilib - (Foto)
-
Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub - (Foto)
-
Anası və atalığının zorakılığına məruz qalan uşaq sığınacağa yerləşdirildi – Yenilənib - (Video)
-
"Sabah"a 2 qol vuran Qordon ÇL-də həftənin ən yaxşısı seçilib
-
Nazirlikdə yeni şöbə yaradıldı, Ayaz Müseyibov rəhbər təyin edildi
-
Keçmiş nazir müavini PA-da yüksək vəzifəyə təyin edildi
-
Estoniya xarici işlər naziri Bakıya gəlir
-
Qadının kömək çağırışı cavabsız qalmadı: Hücum edən şəxs tutuldu
-
Milli İncəsənət Muzeyində “Danışan misralar” adlı konsert proqramı keçirilib - (Foto)
-
Əfsanəvi boksçu Türkiyə serialında - (Video)
-
Nəsimi Musayevin həbs müddəti uzadıldı
-
Tanınmış xanəndəyə ərindən efirdə romantik sürpriz (Video)
-
Xaçmazda park əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib - (Foto) (Video)
-
Bakıda yağış yağan kimi yollar niyə bağlanır? - Tıxacın əsas səbəbləri
-
Kəmalə Qaramollayevanın keçmiş əri konsertinə gəldi (Video)
-
Orxan Kəngərli ilə bağlı qərar verildi
-
Bazarda meyvə-tərəvəz 50 faizədək bahalaşdı
-
İsmail Hacıoğlu boşandığı arvadı ilə yenidən evləndi - (Video)
-
“Allahdan arzu edirəm ki, birinci mən, sonra arvadım ölsün"





