"Temu" və "Trendyol"la bağlı Azərbaycanda dəyişiklik - Bahalaşa bilər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli Məclisdə müzakirə olunan Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsinə əsasən, onlayn satışla məşğul olanlar Azərbaycanda olan iş və xidmətlərin təqdim edilməsindən dövriyyəsi təqvim ili ərzində 10 000 ABŞ dollarının manat ekvivalentini keçdikdən sonra 30 gün müddətində elektron qaydada vergi uçotuna alınmalıdırlar. Həmçinin bu qanun onlayn ticarət şirkətlərinə də şamil olunur.
Bəs, "Trendyol", "Temu" kimi ticarət şirkətləri vergi verərlərsə, bu, qiymətlərin bahalaşmasına səbəb olacaqmı?
Məsələ ilə bağlı Milli.Az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, elektron ticarət sahəsində tətbiq olunacaq yeni mexanizm dövriyyə həddi keçildikdən sonra xarici onlayn platformaların və ya şəxslərin Azərbaycanda elektron vergi uçotuna alınmasını nəzərdə tutur.
Onun sözlərinə görə, mexanizmə əsasən, onlayn satış həyata keçirən platforma və ya şəxs dövriyyə həddini aşdıqdan sonra Azərbaycanda elektron qaydada vergi uçotuna düşür və göstərdiyi xidmət və ya satış üzrə vergi öhdəliyi yaranır:
"Xarici şirkətlər üçün bu, adətən yerli nümayəndəlik açmadan "qeyri-rezident vergi ödəyicisi" kimi qeydiyyata alınmaq deməkdir. Onlar elektron sistem üzərindən dövriyyəni bəyan edir və qanunvericilikdə nəzərdə tutulan vergini, əsasən isə ƏDV-ni dövlət büdcəsinə köçürürlər".
A. Nəsirli qeyd edib ki, texniki baxımdan verginin ödənilməsi çətin proses deyil, lakin bu mexanizmin iqtisadi nəticələri olacaq:
"Praktikada çox vaxt şirkətlər vergi yükünü öz üzərlərinə götürmür, onu məhsulun və ya xidmətin qiymətinə əlavə edirlər. Bu baxımdan vergi tətbiq edildikdən sonra qiymətlərdə müəyyən artım ehtimalı yüksəkdir".
İqtisadçı nəzərə çatdırıb ki, bu artım xüsusilə "Temu", "Trendyol" kimi beynəlxalq onlayn platformalarda ya məhsulun qiymətində, ya da çatdırılma xərclərində özünü göstərə bilər.
Həmsöhbətimiz vurğulayıb ki, prosesin əsas məqsədi bazarda ədalətli rəqabət mühitinin formalaşdırılmasıdır:
"Yerli onlayn satıcılar vergi ödədiyi halda, xarici platformaların vergidən kənarda qalması bərabərsiz və ədalətsiz rəqabət yaradırdı. Yeni qaydalarla dövlət həm dövriyyəni nəzarətə götürmək, həm də bütün iştirakçılar üçün eyni vergi şərtləri yaratmaq istəyir".
İqtisadçı əlavə edib ki, mümkün qiymət artımının miqyası şirkətlərin vergi yükünü necə bölüşdürməsindən asılı olacaq.
Mina Mikayılova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görülüb - (Foto)
-
Bu tarixlərdə leysan yağacaq - Xəbərdarlıq
-
İçərişəhərdə “GastroFest 2026” keçiriləcək
-
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
-
Azərbaycan Hava Yolları və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirib - (Foto)
-
Sürücülərin diqqətinə: Bu yolda avtobus zolağının saatı artırıldı
XƏBƏR LENTİ
-
Toyuğun döşü, yoxsa budu daha faydalıdır?
-
Arıqlayaraq tanınmaz dərəcədə dəyişən məşhurlarımız – Kimə daha çox yaraşıb? - (Fotolar)
-
Bananı qətiyyən bunlarla birlikdə yeməyin
-
Suraxanıda çuxur böhranı: Sakinlər və sürücülər çıxılmaz vəziyyətdə - (Video)
-
“Heç nə dəyişməyib, insanlar hələ də məndən qorxurlar” - Şeron Stoun - (Foto)
-
Günün qoroskopu: Enerjinizlə bütün diqqəti üzərinizə çəkəcəksiniz
-
“NATO şişir və genişlənir” - Putindən xəbərdarlıq
-
Ermənistanda sabiq nazir məhkəmədən xərəkdə çıxarıldı - (Video)
-
İlham Əliyev Sərvər Bəşirli haqqında: Köhnə bir avtomobillə yorğan-döşək - əlində nə var idi onu gətirmişdi
-
Bakıda üç uşaq anası marketdə əri tərəfindən döyüldü - anbaan (Video) - Yenilənib
-
"2 gün ac qalırdım, amma heç kimə əyilmirdim" - Elgiz Əkbər
-
Azərbaycanda 160 manata torpaq sahəsi satılır
-
Bakıda səs-küy yayan daha bir restorandan şikayət - (Video)
-
Flora Kərimova: "Afət Fərmanqızı ilə barışmamışam"
-
Elvin uzun müddət sonra - (Video)
-
Alim Qasımov Üzeyirə : “Yazdığın mahnı çox xoşuma gəldi” - (Video)
-
"Bunker müəllimlər" və şişirdilmiş qiymətlər: Azərbaycanda repetitorluq böhranı nədən xəbər verir?
-
Evində uşaqlara dərs keçmək üçün şəraiti olanların diqqətinə!
-
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
-
Nobel mükafatının məbləği artırıldı
-
“Qarabağ” "Şəfa"ya, "Neftçi" "Qəbələ"yə qalib gəldi
-
Kadırovun oğlu səs verdikdən sonra “ləzginka” oynadı - (Video)
-
Sumqayıtda azyaşlını avtobus vuraraq öldürüb
-
Yevlaxda üç avtomobil toqquşub, sürücü xilas edilib - Yenilənib - (Video)





