ABŞ ordusunun Sakit okeanın şərqində narkotik qaçaqmalçılarına məxsus olduğu iddia edilən gəmini vurub.
Milli.Az xəbər verir ki, bu barədə ABŞ ordusunun Cənub Komandanlığı açıqlama yayıb.
Hücum nəticəsində iki nəfər ölüb.
Məlumata görə, gəmi Birləşmiş Ştatlarda terrorçu kimi tanınan təşkilatlar tərəfindən idarə olunub. Xəbərdə bildirilir ki, hücum əməliyyatı zamanı iki nəfər həlak olub, bir nəfər sağ qalıb.
Lakin Ağ Ev hələ də ölənlərin narkotik qaçaqmalçılığı ilə əlaqəli olmasını sübut edən dəlilləri ictimaiyyətə açıqlamayıb.
Milli.Az





