İspaniyanın "Real Madrid" klubunda kapitan Dani Karvahalın gələcəyi sual altındadır.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, müdafiəçinin cari mövsümün sonunda komandadan ayrılması ehtimalı müzakirə olunur.
Madrid təmsilçisinin rəhbərliyi 34 yaşlı futbolçunun müqaviləsinin uzadılması ilə bağlı hələlik qəti qərar qəbul etməyib. Bu səbəbdən klub Karvahalın mümkün gedişini nəzərə alaraq, onun mövqeyi üçün alternativ namizədləri araşdırmağa başlayıb.
Qeyd edək ki, Dani Karvahal 2013-cü ildən etibarən "Real"ın formasını geyinir. Təcrübəli müdafiəçinin klubla mövcud müqaviləsi 2025/2026 mövsümünün sonuna qədər qüvvədədir. O, bu mövsüm 10 oyunda iştirak etsə də, nə qol, nə də məhsuldar ötürmə ilə yadda qalıb.
"Transfermarkt" portalının məlumatına görə, Karvahalın hazırkı transfer dəyəri 7 milyon avro təşkil edir.
Hüseyn
Milli.Az





