Şou-biznes

Məşhurların övladları birinci sinfə getdilər - FOTO

15 Sentyabr 2015 10:53
47 Şərh     Baxış: 22 413
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün ölkəmizdə Bilik Günüdür. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənət aləminin bəzi simaları da övladlarını birinci sinfə yola salırlar.

Müğənni Rəqsanə İsmayılova qızı Yağmurla bağlı təəssüratlarını bölüşüb:

"Mənim gözəlim, Yağmurum 1-ci sinfə gedir. Bütün balaları təbrik edirəm, uğurlar arzulayıram. Uşaqlığım yadıma düşdü. Mənim gözəl balam, Allah səni bütün arzularına çatdırsın. İlk Bilik Gününü təbrik edirəm".

Müğənni Röya Ayxanın oğlu Hüseyn də bu gün birinci sinfə yollanıb. 

Müğənni Elnarə Xəlilova oğlu Harunu birinci sinfə yola salır: 

"Mənim ümidim, köməyim oğul. Arxam, dayağım, dirəyim oğul. Səni birinci sinfə getməyin münasibətilə ürəkdən təbrik edirəm. O gün olsun, ali məktəbə gedəsən".

Müğənni Miri Yusifin oğlu Mir Hüseyn də bu gün birinci sinfə gedənlər arasındadır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.