Şou-biznes

Afaq Gəncəlinin ad günündən FOTOlar

7 Sentyabr 2015 13:49
67 Şərh     Baxış: 6 876
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ATV-nin aparıcısı Afaq Gəncəlinin ad günüdür. 

Təəssüratlarını axşam.az-la bölüşən aparıcı ilk təbriki Ankarada olan övladından aldığını bildirib:

"Gecə saat 12-ni keçən kimi anam və oğlum zəng edib təbrik bildirdi. Daha sonra isə dostlarımdan təbrik mesajları aldım. Ad günümü qeyd etməyi düşünmürdüm. Amma dostlarım buna imkan vermədi. Məni bir restorana dəvət etdilər. İnstagram-da şəklimizi görən hamı ora gəldi. Çoxları incidi ki, niyə bizi də çağırmadın?

Amma heç özümün də xəbərim yox idi ki, ad günü keçirəcəm. Yaxınlarımın sürprizi oldu. Mənim üçün hədiyyənin dəyərinin önəmi yoxdur. Fotomu sosial şəbəkədə paylaşıb təbrik etmək belə böyük hədiyyə idi. Ad günlərimi sevirəm. Hamı üçün özəl olduğunu hiss edirsən. Heç vaxt ad günümdə kədərlənmirəm. Adam bu qədər təbrik, xoş söz görüb, necə kədərlənə bilər ki?"

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.