Şou-biznes

İlqarə Kazımova: "Mən bütün cinsi azlıqlara hörmətlə yanaşır, onları dəstəkləyirəm"

3 İyul 2015 11:29
66 Şərh     Baxış: 10 638
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Amerika Birləşmiş Ştatlarında cinsi azlıqların nikahının rəsmiləşməsinə icazə verən qanun qəbul olundu. Bu, bütün dünyada ən çox müzakirə olunan mövzulardan biri oldu. Fakt birmənalı qarşılanmadı. Bəziləri buna görə həmin ölkəni qınadılar, bəziləri isə humanist addım kimi alqışladılar.

Məsələ Azərbaycanda da kifayət qədər müzakirələrə səbəb oldu. Milli.Az-a açıqlama verən gənc müğənni İlqarə Kazımova da məsələyə münasibət bildirib:

"Mən bütün cinsi azlıqlara hörmətlə yanaşır, onları dəstəkləyirəm. Gey, lezbiyan, trans və ya biseksual - hansı olur-olsun, mənim üçün fərqi yoxdur. Onlar da insandır və mən onların istəklərinə, seçdikləri yaşam tərzinə hörmətlə yanaşıram. Hər kəsi onları olduğu kimi qəbul etməyə çağırıram. Unutmamalıyıq ki, bu yolu onlar özləri seçməyiblər. Onların təbiəti belədir, belə yaranıblar. Həmin insanların əksəriyyətinin müəyyən kompleks yaşaması cəmiyyətin onları qəbul etməməsi ilə bağlıdır.

Məhz ictimai qınaqdan çəkinərək gey olduqlarını gizlətmək məcburiyyətində qalırlar. Mənim ətrafımda da belələri var. Əsas odur ki, gey olsa belə, onlar kişi görkəmini qoruyub saxlamağı bacarırlar. Çox vaxt onların cinsi azlıqların nümayəndəsi olduğu hiss olunmur. Tanımayanlar bunu heç vaxt təxmin edə bilməzlər. Mən cinsi azlığın təbliğ olunmasının əleyhinəyəm.

Amma təəssüf ki, Azərbaycanda olan geylərin əksəriyyəti qadın kimi yeriyir, üzlərinə tonal krem çəkir, ənlik və kirşandan istifadə edirlər. Bu düzgün deyil. Gey olmaq insanın intim həyatıdır. Mən intim həyatını gizli saxlayan cinsi azlıqlara hər zaman dəstəyəm və dəstək də olacağam".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.