Keçmiş "Tək səbir"çidən Həsən Əliyevə ittiham: "Elədiklərini mənim üstümə yıxırmış"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Tək səbir" verilişinin prodüseri olmuş Ramiz Hüseynzadə son vaxtlar aktyor Elməddin Cəfərovla rejissor Həsən Əliyev arasında yaranmış gərginliyə münasibət bildirib.
Qeyd edək ki, Elməddin Cəfərov mətbuata müsahibəsində bildirmişdi ki, "Tək səbir" layihəsinin rəhbəri Həsən Əliyev zamanında onun və digər aktyorların məvaciblərini kəsib. H.Əliyev isə Elməddin Cəfərovu tanıtdığını dilə gətirib və belə bir məsləhət verib: "Onu mən tanıtdırmışam, Allahından qorxsun".
Milli.Az olkə.az-a istinadən xəbər verir ki, R.Hüseynzadə də hesab edir ki, Həsən Əliyev kollektiv üzvlərinin əməkhaqqını kəsib:
"Həsən bizi tanıtdırıb deyə acından öldürməliydi? Mən həmin verilişin prodüseri olmuşam. Bütün pul məsələlərini tək həll edirdim. İndiki Heydər Əliyev Sarayında baş tutan konsertimizin bilətlərini təkbaşına Bakını gəzə-gəzə satmışam. Beş yüzə yaxın bilet satdım, 75 dollar maaş aldım. "Toy" filminin təqdimatına sponsor gətirdim, amma o filmdən bir qəpik almadım. Ən maraqlısı odur ki, Həsən mənim uşaqlarımın kirvəsidir. Elə ən yandıran da odur ki, elədiklərini mənim üstümə atırmış. Bunu da kollektiv dağılandan sonra bilmişəm".
R.Hüseynzadə bununla yanaşı, etiraf edir ki, H.Əliyevin kollektiv üçün müəyyən xidmətləri də olub:
"Amma gərək düzünü danışasan. "Tək səbir" kollektivini Həsən yaratmışdı və buna görə ona minnətdaram. Mənim televiziyaya gəlişimin səbəbkarı da odur. Amma o, milyonlar qazana biləcəyi bir kollektivi pul vermədiyinə görə saxlaya bilmədi.
İndi çəkilən "Toy"-2 və "Tək səbir" verilişi də buna sübutdur. O kollektiv əvəzolunmaz idi. Məncə, Həsən qayıdandan sonra köhnə kollektivi toplasaydı, daha böyük uğur qazanardı".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Nərmin Əhmədova yüksək vəzifəyə təyin EDİLDİ
-
Sabah bu ərazilərdə qaz OLMAYACAQ
-
Uşaq Filarmoniyasında “Nağılın qonağında” adlı musiqili-poetik konsert keçirilib - FOTO
-
12 il fərqlə iki qohum eyni çayda öldü - FOTO
-
50 yaşlı türk aktrisa FOTOları ilə gündəmdə
-
İçkiyə ən çox bu rayonumuz pul xərcləyir - SİYAHI
-
Dəmiryol infrastrukturunun saxlanması qaydaları müəyyən edilib
-
QHT nümayəndələri Nazirliyin publik qurumlarında vakant vəzifələrin tutulması üçün keçirilən imtahanı izləyiblər - FOTO
-
Nadirin Moskvada başına İŞ GƏLDİ: "Ağladım" - VİDEO
-
Paytaxtda tıxac yükü artır - Mütəxəssislər xəbərdarlıq edir
-
Tarkanın konsertində bu hərəkəti BƏYƏNİLDİ - VİDEO
-
Tramp: "İran nüvə silahından imtina etməyə hazırdır"
-
Baş nazirdən MÜHÜM QƏRAR
-
Paytaxtda zəncirvari qəzada xəsarət alanların son vəziyyəti - VİDEO - YENİLƏNİB
-
Kamil Zeynallının qızı ilə VİDEOsu KÖVRƏLTDİ
-
Əməkdar artistin səhhətində problem yarandı - FOTO
-
"Liverpul"un keçmiş ulduzu 31 yaşında karyerasını BİTİRDİ
-
"Turan Tovuz" Şəhriyar Əliyevi göndərdi
-
DYP-dən parklanma qaydaları ilə bağlı AÇIQLAMA - FOTO
-
"Toya gəlməsən də pulu kartıma at deyir"
-
ABŞ İrana üzən neft tankerini vurdu
-
Yayda günəş altında satılan məhsulları almayın - Səbəb çox ciddidir
-
Sloveniya Prezidenti Prezident İlham Əliyevə məktub göndərib
-
DÇ-2026-nın açılış oyununun hakimi BƏLLİ OLDU





