Şou-biznes

Azərbaycanlı teleaparıcı: "Heç vaxt oraya qayıtmaram"

18 Dekabr 2014 15:44
1 Şərh     Baxış: 2 707
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"Xəzər" telekanalının aparıcısı Günay Rəhimovanın işindən ayrılması ilə bağlı xəbər vermişdik.

Milli.Az xəbər verir ki, axsam.az-ın əməkdaşı ilə söhbətində aparıcı efir üçün darıxdığını etiraf edib:
 

"Bir çox kanalımızdan aparıcılıq təklifləri almışam. Eyni zamanda televiziyaya aidiyyatı olmayan şirkətlərdən əməkdaşlıq təklifləri gəlir. Amma hələ ki, qəbul etmirəm. Düzdür, efir üçün darıxıram, aparıcılıqdan doymamışam. Bu aləmdə olan hər bir insan işi üçün darıxar. Mən neçə ildir istirahətsiz çalışıram. Yayda belə məzuniyyətə çıxmadım. Bir aydır dincəlirəm. Bir ay da dincəlib sonra efirə qayıdacam. Kanallardan biri ilə razılaşacam. Amma bu, "Xəzər" telekanalı olmayacaq. Heç vaxt oraya qayıtmayacam. Yeni işim əvvəlkindən daha yüksək olmalıdır. Seriallardan da təkliflər alıram. Aktrisa kimi çalışmaq mənim hədəfim deyil".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.