"Nadir Qafarzadə utanaraq yanıma gəldi..."
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Əməkdar artist Elza Seyidcahan maraqlı xatirəsini bölüşərək müzakirələrə səbəb olub.
Milli.Az-ın məlumatına görə, sənətçi bildirib ki, illər əvvəl yay tətili zamanı çalışdığı dövrdə Nadir Qafarzadə ilə tanış olub. Onun sözlərinə görə, həmin vaxt bir müəssisə rəhbəri ona istedadlı, lakin çox utancaq bir gəncin olduğunu deyərək səsini yoxlamasını xahiş edib.
Elza Seyidcahan qeyd edib ki, Nadir Qafarzadə ilk görüşdə həyəcanlı olsa da, ifası ilə diqqət çəkib. Müğənni daha sonra onun musiqi sahəsində inkişaf etməsi üçün tanınmış sənət adamları ilə görüşməsinə kömək etdiyini söyləyib.
Əməkdar artistin sözlərinə görə, Nadir Qafarzadə sonradan müxtəlif müsabiqələrdə iştirak edib, addım-addım irəliləyərək öz zəhməti hesabına tanınmış sənətçilərdən birinə çevrilib.
Elza Seyidcahan Nadir Qafarzadənin uğurlarının arxasında böyük əziyyət və zəhmətin dayandığını vurğulayaraq, onu peşəkar sənətkar kimi dəyərləndirdiyini bildirib:
"Yay tətili idi, Biləcəridə qalırdım. Konservatoriyadan tətilə çıxmışdıq. Elza adlı direktorumuz var idi. Dedi ki, müəllimim tətilə çıxıb, 2 ay məzuniyyətdə olacaq, gəl burada çalış. Həmin aylarda mən Nadir Qafarzadə ilə tanış oldum. Direktor mənə dedi ki, bir oğlan var, bizim bağça sferasında çalışır. Yaxşı səsi var, amma utanır, sən onun səsini yoxla. Nadir utanaraq gəldi. Mən "Üzüyümün qaşı" mahnısını ifa etdim, o da oxudu. Daha sonra onu Arif Məlikovun yanına apardım. O, Nadiri dinlədi. Sonra Şəfiqə Axundovanın yanına apardım. Nadir də yarışlara qatıldı, pillə-pillə irəlilədi və öz zəhməti ilə böyük bir sənətkar oldu".
Bu açıqlama sosial şəbəkələrdə maraqla qarşılanıb və sənətsevərlər arasında geniş müzakirələrə səbəb olub.
Musa
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Türkiyədə gəlinlə anası Aysunun mahnısına rəqs edib ağladı - (Video)
-
“Breaking Bad”in aktyoru evində ölü tapıldı - (Foto)
-
Sılanın 101 yaşlı nənəsi konsertinə gəldi - (Video)
-
53 dollarlıq gəlinlik və 3 dəfə rədd edilən təklif: Hillari və Bill Klintonun gözlənilməz toyu - (Foto)
-
“Gəlinim bunları öyrənsəydi, daha yaxşı olardı” - Zülfiyyə İbadova
-
Pelin Karahan ilk dəfə boşanma səbəbini açıqladı - (Foto)
XƏBƏR LENTİ
-
AFFA "Neftçi"ni 5000 manat cərimələdi
-
Toyuq dönərlərində yad cisimlər aşkarlanır - AQTA araşdırır - (Video/Foto)
-
Türkiyədə gəlinlə anası Aysunun mahnısına rəqs edib ağladı - (Video)
-
Torpağa dəyər, gələcəyə inam - Ziraat Bank Azərbaycan III Beynəlxalq Aqro Forumda! - (Foto)
-
Milli Məclisin iclası başladı
-
“Breaking Bad”in aktyoru evində ölü tapıldı - (Foto)
-
Güləşçimiz dünya çempionatında finala vəsiqə qazandı
-
Prezident İlham Əliyevin Laos Prezidenti ilə təkbətək görüşü olub - (Foto)
-
Azərbaycan Cənubi Qafqazda yeni geosiyasi reallıq formalaşdırır – Cavanşir Axundov “Tofiq Abbasovla dialoq” verilişində - (Video/Foto)
-
Laos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub - (Foto)
-
Sılanın 101 yaşlı nənəsi konsertinə gəldi - (Video)
-
“Roşka” ilə bağlı məhkəmədən qərar
-
Pensiyalar bu tarixdə ödəniləcək - Rəsmi
-
AZAL 9 ayda 3 milyondan çox sərnişin daşıyıb
-
Kambocadan nə alırıq?
-
Motosiklet və skuter idarə edənlərə xəbərdarlıq - (Video)
-
Maykl Cordanın forması rekord qiymətə satıldı - (Video)
-
Bakıda oğul anasını bıçaqladı
-
Heydər Əliyev Mərkəzində "44"ün premyerası keçirilib – göz yaşları, qürur və sonsuz - (Video)
-
"Sabah" "Slaviya Praqa"ya qarşı
-
BDYPİ-dən sürücülərə dəmir yolu keçidləri ilə bağlı xəbərdarlıq
-
Azərbaycan nefti büdcə qiymətini iki dəfə üstələdi
-
Çempionlar Liqasında bu gün 9 oyun keçiriləcək
-
Vlahoviç “Beşiktaş”da rekorda imza atdı





