Şou-biznes

Aparıcı Vüsalə: "Mən qızım üçün susdum..."

10 Fevral 2014 10:21
62 Şərh     Baxış: 39 771
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aparıcı Vüsalə Əlizadənin qızı Diləyin bu gün 2 yaşı tamam olur

Axşam.az-ın məlumatına görə, aparıcı övladını İnstaqram səhifəsində təbrik edib.

O, qızı haqqında bunları qeyd edib:

"Mən dünyaya üç dəfə gəlmişəm: birinci öz doğum günüm. İkinci xəstə olduğum və anamın öz parçasından bir hissəni mənə verib həyata qaytardığı gün, üçüncüsü isə ölümümü, hər şeyi gözə alıb, Diləyi dünyaya gətirib ana olduğum gün. Bu gün mənim həyat qaynağım, ciyər param, yaşam gücüm, cismim, ruhum, gözümün doğum günüdür. Onun gəlişi həyatımı dəyişdi. Amma bu dəyişiklik təkcə mənim üçün oldu. Bunu hiss etdiyim an bugünkü yaşam tərzimə qərar verdim. El qınağı bir tanınmış qadın üçün çətindir. Bircə onu bilirəm ki, Tanrımın sevimli bəndəsiyəm. Allahım məni boynubükük etmədi, bir sınaqdan alnıaçıq, üzüağ çıxdım. Balama canım qurban. Xoşbəxt ol, mənim həyatdakı arzum, diləyim... Mən gözümü sənin üçün yumdum, susdum, böyük qız olub, həyatı dərk edəndə hər şeyi başa düşəcək. Çox xoşbəxtəm ki, dünya yaraşıqlısı bir balam var".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.