Azərbaycanlı müğənni: "Kişiyə ehtiyacım yoxdur"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Almaz Saraylı: "Həyat yoldaşımdan sənətimi ondan üstün tutduğuma görə ayrılmışam"
Uzun müddətdən bəri Almaz Saraylıdan müsahibə almaq istəyirdim. Amma alınmırdı. Deyirdi ki, "bir həftədən sonra zəng et, yeni xəbərlərim olacaq". Düşünürdüm ki, bu xanım həddindən artıq özündən razıdır.
Nəhayət, görüşdük. Gülə-gülə, mehribançılıqla özü haqqında danışdı. Razılıqlarını, gileylərini açıqladı. Özünə prodüser axtarırmış: "Elə bir prodüser axtarıram ki, bacarıqlı olsun. Çünki mən hər yerə gedə bilmirəm. Mənim yerimə qoy konsertləri o danışsın. Həm də elə bir insan olsun ki, mənə can yandırsın. Pul xatirinə mənimlə işləməsin. Yanıma gələnlər çox olub, amma sözümüz düşüb, yola getməmişik".
- Almaz xanım, nə var, nə yox?
- Bir həftə öncə "Qurbandır sənə" adlı yeni klipimin çəkilişləri başa çatdı. Hazırda montajdadır. Allah qoysa, bu ayın axırlarından "Space" və ATV telekanalları ilə nümayiş etdiriləcək. Bilirsiniz ki, mən şən mahnılar ifaçısıyam. "Qurbandır sənə" də şən mahnıdır. Sözləri və musiqisi Xanım İsmayılqızına aiddir. Hələlik başqa yenilik yoxdur.
- Efirdə görünmürsünüz...
- Yayda başım toylara qarışmışdı. İndi bir az sakitlikdir. Qoy klipim efirə getsin, özüm də çıxacağam. Bir də ki, mən tez-tez efirə çıxmağı xoşlamıram. Çıxıb nə qədər eyni mahnını ifa etmək olar? Gərək nə isə bir yenilik edəsən ki, efirə çıxanda tamaşaçıya da ləzzət eləsin. Bir müddət öncə "Musiqili kokteyl" verilişində yeni aranjmanda bir xalq mahnısı ifa etdim. İndi də "Musiqili meydan"a, İzzətin verilişinə dəvət almışam. Əlimdə 3-4 təzə mahnı var. Onları pərəstişkarlarıma çatdırmalıyam.
Digər tərəfdən, mahnı almaq məgər asan işdir? Mahnını almaq, yazdırmaq elə 15-20 gün çəkir. Sonra klip barədə fikirləşirsən, bir də görürsən ki, neçə ay keçib.
- Neçə ildir bu sənətdəsiniz?
- 25 ildir müğənniliklə məşğul oluram. Əvvəllər toy müğənnisiydim. Amma 5-6 il olar ki, efirə çıxıram. Ailə qurdum, uşaqlar oldu. Sonra yoldaşım məni efirə çıxmağa qoymadı. Ona görə də bir az geri qaldım.
- Çətinlikləriniz çox olub?
- Lap çox. İndi də çətindir.
- İndi ailənizlə sənətiniz arasında problemləriniz varmı?
- Yox, mən indi ailəli deyiləm. Həyat yoldaşımdan, onu da deyim ki, elə öz qohumumuzdur, uzun müddətdir ki, ayrılmışam. İstəmirdi mən efirə çıxım. Mənsə sənətimi ondan üstün tutdum, sənətə görə ayrıldım. Mən ayrılıb sənətə başlamamışam. Mən ailə quranda da bu sənətdə idim. Bir də mən özümü elə aparmışam ki, heç kəs mənim haqqımda heç nə deyə bilməz. İstər sənət dostlarım, istərsə də başqaları. Mənim bu səviyyəyə çatmağımın səbəbkarı özüm olmuşam. Heç kəs mənə kömək etməyib. Sənət dostlarımla da "salam-sağ ol"um olub. Düzdür, elə müğənnilər var ki, ailələrini dağıdıb, hansısa yollarla sənətə gəlirlər. Amma məndə belə hal olmayıb. Mən toylara getmişəm, qazancımla klip çəkdirmişəm. Özümü toylarla dolandırmışam. Məni toylar dolandırıb. Elə bir adam olmayıb ki, nəyəsə görə mənə kömək etsin. Mənim yaradıcılığımda nə irəliləyiş olubsa, ancaq öz sayəmdə olub. İndi mən ömrümü oğluma, onun xoşbəxt böyüməsinə həsr etmişəm.
- Tək yaşamaq çətin deyil?
- Çətin niyə olur? Yaşayıram, özü də çox gözəl yaşayıram. Oğlumla məşğul oluram. Hər şey qaydasındadır. Nə isə çatışmazlıq yoxdur. Bundan sonra da ailə qurmaq barədə düşünmürəm. Bilirsiniz, mən kişi xasiyyətli qadınam. Mənim kişiyə ehtiyacım yoxdur. Yeni mahnılar üzərində işləmək, övladımı böyütmək mənim üçün böyük işdir. İnanın, mənim heç boş vaxtım da qalmır. O ki qaldı yenidən ailə qurmağa, bu heç vaxt ola bilməz. Mən inanmıram ki, xasiyyətim kimləsə tutsun. Özüm isə tənha deyiləm. Yanımda istədiyim adamlar var. Arzularım çoxdur. Övladımı böyütmək, ona təhsil vermək, toyunu görmək istəyirəm.
- Toylara hansı şərtlərlə gedirsiniz?
- Bilirsiniz, məni dolandıran toylardır. Həm də el arasında olmağı xoşlayıram. Toylara gedirəm, özü də qiymət danışmıram. Kimin nəyə gücü çatır, onu da verir. Kimi çox verir, kimi az verir. Mən hamını başa düşürəm və pula görə danışmıram. Təki xalqın toy-düyünü olsun. Mən təmənnasız da oxuyaram.
Ekspress.az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Azərbaycanda istehsal olunan mallar Ermənistana ixrac olunub - FOTO
-
“Bu son videom olacaq”
-
Bu imtahanda 300 bal olmadı
-
Yeni direktor icra başçısının qardaşı imiş
-
Mahir Emreliyə bu ölkədən təklif var
-
Leyla Əliyeva və Arzu Əliyeva Lənkəranda şəhid ailəsini ziyarət ediblər - FOTO
-
Aşığın maşını yanıb külə döndü - VİDEO
-
"Kəpəz"in bıçaqlanan futbolçusu klubunu dəyişir
-
Gi Parmelin Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
-
"Uzak Şehir"də sürpriz ayrılıq
-
Əli Əsədov Mixail Mişustinlə telefon danışığı aparıb
-
İlham Əliyevlə Məsud Pezeşkian arasında telefon danışığı olub
-
Bakıya şiddətli dolu düşməsinin səbəbi AÇIQLANDI
-
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb - FOTO
-
Leyla Əliyeva və Arzu Əliyeva Lənkəranda yerli sənətkarın yaradıcılığı ilə tanış olublar - FOTO
-
Sığorta şirkətlərinin açıq sığorta modeli tətbiq ediləcək
-
Bulvarda gənc qıza qarşı zorakılıq edən şəxs həbs olundu - VİDEO
-
İspaniya Kralı Prezident İlham Əliyevi təbrik edib
-
Leyla Əliyeva və Arzu Əliyeva Lənkəranda uşaq evini ziyarət ediblər - FOTO
-
Paytaxta yağan dolunun ölçüsü məlum oldu
-
Makron Prezident İlham Əliyevi təbrik edib
-
Bakıda ölkənin ən dəbli uşaqları seçildi – gələcəyin podiumu “Azerbaijan Kids Best Model 2026” - FOTO
-
Beynəlxalq Barbekü Festivalı yenidən Şamaxıda - VİDEO
-
Donald Tramp Prezident İlham Əliyevi təbrik edib





