Şou-biznes

Azərbaycanda iki müğənni ailəsi toy çaldırdı - VİDEO - FOTO

30 Oktyabr 2013 12:33
6 Şərh     Baxış: 20 431
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanlı müğənninin toyu oldu


Milli.Az xəbər verir ki, ötən gün şou-biznesdə daha iki müğənni ailəsi qohum olub. Belə ki, Bakı restoranlarının birində müğənni Aysel İbrahimovanın müğənni Vüsal Hacıyevin qardaşı Evyazla toyları olub.

Bu barədə əməkdaşımıza açıqlama verən Vüsal bildirdi: "Ötən gün el adəti ilə qardaşımın Aysel xanımla toyu olub. Toyun aparıcısı müğənni Ayaz idi. Çox maraqlı keçən toy gecə saatlarınacan davam edib. Sağ olsun şou-biznesdəki dost-tanışlarımız, bizi tək buraxmayıblar, hamısı necə lazımdır, iştirak ediblər".

Verilən xəbərə görə, toyu bir çox müğənni ifası ilə şənləndirib. Bunlar arasında bəstəkar-müğənni Hacı Nazim, Ramal, Ayaz Qasımov, Sevda Yahyayeva, Hüsniyyə Mürvətova, əməkdar artist Eyyub Yaqubov və başqaları olub.

Ceyhun Ələkbərov
Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.





Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.