Sevinc gizli ərə getməsi barədə sualı CAVABLADI
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Müğənni bacılar Sevil və Sevinc "Öz aramızda" verilişinin qonağı olublar.
Milli.Az xəbər verir ki, proqram zamanı Sevinc haqqında yayılan "gizli ərə getməsi" iddialarına ilk dəfə münasibət bildirilib.
Sevinc şəxsi həyatı ilə bağlı gündəmə gəlmək istəmədiyini deyib. Onun bu fikirlərinə bacısı Sevil də dəstək çıxıb. İki bacı bir ağızdan bildiriblər ki, indiyədək şəxsi həyatları ilə gündəm olmayıblar və bunu istəmirlər.
Sənətçilər qeyd ediblər ki, şəxsi həyat adından da göründüyü kimi, yalnız özlərinə aid bir mövzudur:
"Adı üstündə şəxsi həyatdır. Bu, mənə bağlı bir şeydir. Bir dəfə görmüsünüz ki, bəyimin saçını, əlini, qulağını paylaşım? Uzağı öz aldığımız şeyləri paylaşırıq. Qardaşımın artıq övladları böyüyür, ailə qurmağın nə olduğunu anlayırlar. Biz şəxsi həyatı ilə gündəmə gəlməyi sevməyənlərdənik".
Sevinc vurğulayıb ki, efirdə şəxsi həyatının müzakirə olunmasını qətiyyən istəmir və bu mövzu onun üçün həssasdır:
"Efirə çıxıb şəxsi həyatımı müzakirə etmək istəmirəm. Mənim üçün bu toxunulmaz mövzudur. Ailə quranda ictimaiyyətin bilib-bilməməyini zaman göstərəcək. Qarşı tərəf istəsə sosial şəbəkədə görünəcək, istəməsə yox. Bu, ondan asılıdır".
Sənətçi əlavə edib ki, şəxsi həyatın gizli qalması ona görə daha doğrudur:
"Məncə, ən gözəli bilinməməyidir. Şəxsi həyatdır, hamının tanımasına ehtiyac yoxdur. Bilmək və ya bilməmək hər kəsin seçimidir və buna hörmət etmək lazımdır".
Qeyd edək ki, Sevil və Sevinc bacılar uzun illərdir sənət fəaliyyəti ilə tanınsalar da, şəxsi həyatlarını mediadan uzaq saxlamağa üstünlük verirlər.
Xatırladaq ki, bir müddət öncə ifaçılardan biri instaqramda hekayə bölümündə əl şəklini yayımlayıb. Onun barmağındakı tək qaşlı üzük izləyicilərin marağına səbəb olmuşdu. Üzüyün "adsız barmaq"da taxılması isə izləyicilərdə evlilik iddiasını gündəmə gətirmişdi.

Musa
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Tiflisdə minlərlə insan yürüşə qatıldı - (Video)
-
Filarmoniyada Dövlət Simfonik Orkestrinin konsert proqramı təqdim olunub - (Foto)
-
Həbsxanada 60 kilo arıqlayan kişi: "Qızım məni tanımayıb qorxudan qaçdı" - (Foto)
-
Çağla Şıkelin oğlu böyüdü: Boyu atasını keçdi - (Foto)
-
Xalq artisti Samir Cəfərov ilk dəfə Kavaradossi obrazında çıxış edib - (Foto)
-
Kanalda boğulan Hüseynin (Fotosu)
-
Türkiyə 2050-ci ilədək 12 nüvə reaktorunun inşasını nəzərdə tutur
-
Kiyevə dron hücumu - ölən və yaralananlar var
-
Qazaxda iki avtomobil toqquşub, dörd nəfər xəsarət alıb
-
Siyəzəndə su kanalında batan 13 yaşlı uşağın meyiti tapılıb - Yenilənib
-
Cem Yiğit Üzümoğlu yeni obrazı üçün 19 kiloqram arıqladı - (Foto)
-
Bakıda stilist doğuşdan sonra vəfat etdi
-
Oqtay Məmmədov vəfat etdi
-
“Azinvest Telecom Technology” milyonluq məhkəmə çəkişməsini uduzdu
-
Azərbaycanlı musiqiçilər Pakistanda keçirilən III Dünya Mədəniyyət Festivalında uğurla iştirak ediblər - (Foto)
-
Nagihan Karadere yeni estetik əməliyyatla başqa biri oldu - (Foto)
-
"Turan Tovuz" "Kəpəz"i, "Sabah" "Araz-Naxçıvan"ı məğlub etdi
-
Kürdəmirdə üç avtomobil toqquşub, xəsarət alan var
-
“Əl-Nəsr”dən çempionatda tarixi rekord
-
BLOK3 7,8 milyonluq avtomobil aldı
-
PSJ-də ciddi itki
-
Fədayə Rusiyadan köçür
-
Rusiyada 6,2 ballıq zəlzələ oldu
-
Jorje Jezuş Ronaldonun son matçında olmayacaq





