Məşhur cütlük Hakan Sabancı və aktrisa Hande Erçel Parisdən Romaya uzanan romantik səyahətlərini dünyanın ən prestijli qatarlarından biri olan Şərq Ekspresi ilə həyata keçiriblər.
Milli.Az xəbər verir ki, Sabancı qatarda lüks suit icarəyə götürüb. Cütlük bu beş gecəlik səfər üçün adambaşına gecəlik 12.300 funt sterlinq ödəyib. Ümumilikdə səyahət onlara təxminən 6 milyon 484 min lirəyə başa gəlib.
Xüsusi otaqda 24 saatlıq xidmət, duş kabinəsi və digər eksklüziv imkanlar təqdim olunub. Sabancı səyahətdən görüntüləri sosial mediada izləyiciləri ilə bölüşüb.
Asya
Milli.Az