"Xanımı qardaşımın vəfatını gizlədib, bizdən xəbərsiz dəfn edib"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xalq artisti Naibə Allahverdiyeva qardaşı Arifin vəfatından danışıb.
Milli.Az xəbər verir ki, aktrisa bildirib ki, qardaşının xanımı bu barədə onlara məlumat verməyib:
"Çox ağırdır. Üstəlik bilmədiyim bir anda bunu mənə xəbər verdilər. Heç bir qohumumun bundan məlumatı yox idi. O, rus xanımla evlənmişdi. 20 yaşı olandan Rusiyada yaşayırdı. Əlaqələrimiz var idi, zəngləşirdik. O xanım bizə qarşı bir az qısqanc idi. Həmişə düşünürdü ki, biz qardaşımı Azərbaycana qaytara bilərik, burada bir xanılmla evləndirərik. Hətta qardaşım bizi qucaqlayıb öpəndə xanımı gedib otaqda ağlayırdı ki, onları məndən daha çox istəyirsən. Həyatdır, ağır zərbə oldu. Yasında iştirak edə bilmədim, çünki xəbərim yox idi. Televiziyada olanda qardaşımın Rusiyada yaşayan dostu məlumat göndərdi. Sözün düzü inanmadım. Mənim başqa qardaşım da Rusiyada yaşayır. O da xəstədir. Allah ona can sağlığı versin. Şoka düşdüm. Maşında yarım saat oturub qışqırdım. Qəbul edə bilmirdim. Fikirləşirdim ki, o xəstə olanda yoldaşı mənə niyə deməyib. Elə xəbərsiz dəfn edib. Son iki-üç gündür mənə zəng vurur, telefonlarını açmıram. Gözləyirəm ki, özüm Rusiyaya gedim. Dostu dedi ki, qardaşımı müsəlman qaydalarına uyğun dəfn ediblər. Qəbir üstünə getməliyəm. Xanımı bizə xəbər verməmişdi ki, onu orada dəfn etsin. Düşünüb ki, gətirib burada dəfn edəcəklər. Dostu bizə zəng vurmalı olduğunu deyəndə, söyləyib ki, "lazım deyil, heç kimə deməyin". Həmin dostu məni canlı yayımda görüb düşünüb ki, demək lazımdır. Mən zəng vuranda xanımı deyirdi, ya Arif xəstədir, ya yoxdur, ya da işdədir. Hər şeyi başa düşürəm.
Üç gün telefonu söndürdüm, ancaq ağladım. Heç kimlə danışmaq istəmirdim. Şoka düşəndə sönüb qalıram. Elə dəhşətli ağlamaq idi ki... Çox ağır dərdir. Bunu heç kimə yaşatmaq olmaz. Nə qədər ürəyi daş olasan ki, sənin qardaşın ölə, bunu gizlədəsən, qoymayasan ki, zəng edib xəbər verələr. Qardaşımın biri Tbilisdə, bacım Türkiyədədir. Onlar da, qohumlarımız da televizyadan bunu öyrəndik ki, qardaşım rəhmətə gedib. Xanımı heç kimə bunu bildirməmişdi".
Qeyd edək ki, N.Allahverdiyeva qardaşının vəfat etdiyini "Elgizlə izlə" verilişində olarkən eşidib. (Axşam.az)
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Həyat əclafdır, amma buna dəyər": Şakira Pikenin xəyanətindən DANIŞDI
-
“Ondan incidim, dedim ki, Yuri Qusman məni o boyda rollara çəkir, amma sən...”
-
"Elə bil bunların atalarınındır"
-
Azərbaycanlı aparıcı ilk dəfə anasını paylaşdı - FOTOlar
-
"Kaş bütün xanımlar mənim kimi gözəl və təbii QALSIN"
-
"Nadir Qafarzadə utanaraq yanıma gəldi..."
XƏBƏR LENTİ
-
Müxtəlif geyimlər üçün hansı yuma rejimini seçmək daha YAXŞIDIR?
-
Gecə turizmi üçün ən yaxşı şəhərlərin SİYAHISI
-
Bu şəxslərin beyni daha gec YAŞLANIR
-
Küçədə itlərin hücumundan necə qorunmaq olar?
-
Çiyələk mürəbbəsi neçə dəqiqə qaynadılır?
-
Kobaxidze Paşinyanı təbrik etdi
-
"Həyat əclafdır, amma buna dəyər": Şakira Pikenin xəyanətindən DANIŞDI
-
Çörək mayası çox olarsa nə baş verər?
-
Bağçaların baş bəlası olan ilbizlərə qarşı təbii həll yolu
-
Günün qoroskopu: Bu gün eşq həyatında şanslı gündür
-
İlkin rəsmi nəticələr açıqlandı - YENİLƏNİB
-
İsrail İran ərazisindən buraxılan raketləri zərərsizləşdirib
-
"Fənərbağça"da Aziz Yıldırımın ilk transferi
-
13 yaşlı oğlu Azərbaycan pasportu aldı
-
İraqda zəvvarları daşıyan avtobus yandı - 25 ölü var
-
Danimarka - Ukrayna matçı dayandırıldı - faciəvi səbəb
-
Ermənistanda seçici fəallığı ilə bağlı statistika açıqlandı
-
Paşinyanı ilk o, təbrik etdi - FOTO
-
Aylardır ki, oğlunun qəbrinin yanında yatır - FOTOLAR
-
“Ondan incidim, dedim ki, Yuri Qusman məni o boyda rollara çəkir, amma sən...”
-
Perez yenidən "Real Madrid"in prezidenti seçildi
-
Tramp: ABŞ və İran sazişin imzalanmasına çox yaxındır
-
General-polkovnik şəhid övladları ilə bir arada: Çövkən üzrə Dünya Çempionatı başladı - FOTO
-
“Neftçi” bu legionerlə yollarını ayırdı





