Şou-biznes

Sevil və Sevincin ögey bacıları var imiş: "Anam atam öləndən sonra da..."

24 Aprel 2025 16:30
Baxış: 870
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Şou-biznesin əkiz müğənni bacıları Sevil və Sevinc Səfərova Rusiyada yaşayan ögey bacılarından danışıblar.

Milli.Az xəbər verir ki, 7 yaşları olanda nikahdan kənar bacılarının dünyaya gəldiyini bildirən Sevinc hazırda yaxşı münasibətlərinin olduğunu etiraf edib.

Sənətçi bu sözlərlə üzünü görmədiyi bacısı barədə açıqlama verib:

"Uşaq vaxtı 7 yaşımız olardı, onun dünyaya gəldiyini öyrəndik. Rusiyada qardaşımın olduğu şəhərdə yaşayır. Bir-biri ilə görüşürlər. 27-28 yaşı olar. Aramızda heç vaxt problem olmayıb. Anam atam rəhmətə gedəndən sonra da onunla maraqlanıb. Gəlinimiz onu görüb, deyirdi ki, bu qız necə Sevilə oxşayır. Anam bu məsələni atamla problemə çevirməyib, uşağa baxma deməyib. Valideynlərimiz belə edibsə, övladları arasında niyə narazılıq olsun ki?".

Musa
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.