Şou-biznes

Vəfat edən Tanyelinin vəsiyyəti məlum oldu - FOTO

18 Mart 2025 19:01
Baxış: 689
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi, məşhur şərq rəqqasəsi Tanyeli uzun müddətdir davam edən xəstəlik mübarizəsini itirərək vəfat edib.

Milli.Az türk mediasına istinadla xəbər verir ki, onun vəsiyyətinə əsasən, cənazəsi 2015-ci ildə xərçəng xəstəliyindən dünyasını dəyişən anası "Yeşilçam" ulduzu Dolqan Sezərin yanında dəfn ediləcək.

Tanyelinin həyat yoldaşı İlker Sünneli bildirib ki, sənətçi martın 18-də Zincirlikuyu qəbiristanlığında qılınacaq cənazə namazından sonra Bodrum ailə qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, iki ildən çox mədəaltı vəzinin xərçəngi ilə mübarizə aparan 54 yaşlı keçmiş türkiyəli rəqqasə Tanyeli müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Fidan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.