Naibə Allahverdiyevanın "Ekspress" qəzetinə müsahibəsi:
- Yay fəslində aktyorları tapmaq çox çətin olur. Demək olmaz ki, bütün aktyorlar istirahətdədir, ancaq istirahətdə olanları da olmamış deyil...
- Ancaq bir qisim də çəkilişlərə qatıldığı üçün şəhərin bürküsündə qalmaq məcburiyyətinə qatlaşıblar.
- Səhnəmizin "Tomka"sı yayın istisində yaradıcı fəaliyyətə davam edir. Necəsiniz, keşməkeşli, qalmaqallı zamanəmizdə necə duruş gətirirsiniz?
- Səhnəmizin "Tomka"sı pis deyil, normaldı. Keşməkeşli dünyamız dediniz, əslində haqlısınız, həyat çox qalmaqallıdır, hər şey sürətlə dəyişir, rəngarənglik çoxdur və rənglər bir-birinə o qədər qarışıb ki, ayırmaq mümkün deyil. Əvvəllər rəngləri bir-birindən ayırmaq çox asan idi, konkret olaraq bilirdin ki, qırmızı elə qırmızıdır, yaşıl elə yaşıldır və s. Ancaq həyatın rəngi sürətlə elə dəyişdi ki, bilmirsən ki, hansı rəngdəsən, hansı rəngin içindəsən.
- Naibə Allahverdiyeva sənətə gəldiyi zaman özünü hansı rəngin içində hiss edirdi?
- Naibə Allahverdiyeva göylərə bağlı olduğuna görə həmişə xəyallar aləmində yaşayan biri olub. Həyat mənim üçün yaşıl rəngdə olmasına baxmayaraq, boz rəngdə olduğu günlər də olub. Ancaq hazırkı dövr üçün dediyim kimi rənglər çox qarışıb. Bildiyimiz kimi yaşıl İslam rəngidir, bəlkə də mən göylərə, Yaradana çox bağlı olduğum üçün hər zaman yaşıl rəngi seçmişəm. Hər zaman Allahıma şükür edirəm. Çox şükür ki, sevdiyim sənətimlə məşğulam, sağlamam, övladım sağlamdır, bütün qarışıqlıqlara baxmayaraq cəmiyyətdə dürüst insanlar var. Allahımdan bir tək diləyim var, qarışıq rənglərimizi aydınlatsın, bizlərə hər rəngi öz rəngində görməyi qismət etsin.
- 30 illik sənət fəaliyyətiniz var. Özü də sənətə gəlişiniz SSRİ-nin dağıldığı son illərə, çətin bir dövrə təsadüf edir...
- Nə qədər çətin dövr olsa da, sənət elə bir möcüzədir ki, məhz çətinliklər içində inkişaf etməyə başlayır. Təbii ki, 30 il az zaman deyil. Bu illər ərzində yaddaqalmaq, özünəməxsusluğu saxlamaq, hər nəsil tərəfindən sevilmək o qədər də asan başa gəlmədi. Aktyor üçün yaddaqalmaq nə qədər önəmlidirsə, unudulmaq qorxusu bir o qədər dəhşətlidir. Mən çox vaxt öz-özümə deyirəm ki, guya populyarlıq mənə nə verir ki?! Çox vaxt ruh düşkünlüyünə düşürəm, belə olanda elə darıxıram ki, məhz həmin anda öz-özümə müxtəlif süallar verirəm.
- İnsan müxtəlif səbəblərdən ruh düşkünlüyünə düşə bilər...
- Şəxsən məni ruh düşkünlüyünə salan bəzi insanlardı. Hətta elə olub ki, başqa ölkədə yaşamaq fikrinə düşmüşdüm. Sonra fikirləşdim ki, axı mən tez-tez depressiyaya düşürəm. Və depressiyaya düşərkən məni bu durumdan xilas edən insanlarımızdı. Elə olub ki, özümü o qədər narahat hiss etmişəm ki, həmin anda küçəyə çıxaraq bir az hava almışam, ətrafı seyr etmişəm, parklarda oturub dincəlmişəm. O çətin anımda ətrafımda olan insanların mənə necə təbəssüm bəxş etdiyini görüncə çox rahatlanıram, demək, yaşamağa dəyər. Bəs başqa bir ölkədə olsam, canım sıxıldığı anda küçəyə çıxsam, heç kim mənə təbəssüm bəxş etməsə... bax bütün bunları düşündüyüm üçün başqa ölkəyə getmək istəmərəm.
- Bəlkə başqa ölkədə heç depressiyaya düşməyəcəksiniz?
- Bu, çox risklidir, mən riskə getməyi göz önünə ala bilmərəm.
- Əslində həyat elə riskdən ibarətdi və bunu göz önünə alanlar hər zaman qalib olurlar.
- Mən riskdən çox qorxuram. Bəlkə də ona görə ki, risk söhbəti düşəndə ilk öncə bəd tərəfi düşünürəm. Yəni, olmaya bilər. Pişik ilindən olduğum üçün rahatlığı çox sevirəm. Çox vaxt qarşımı kəsən o olur ki, birdən gedərəm, rahatlığım pozular. Zənnimcə, ən yaxşısı odur ki, hər kəs öz vətənində yaşasın. Həmçinin, biz aktyorlar daha çox öz vətənimizə lazımıq. Başqa ölkələrə sadəcə, film çəkilişlərinə qatılmaq üçün gedə bilərik. Yeri gəlmişkən, bu yaxınlarda mən Moskvada rejissor Mixail Xleborodovun quruluşunda "Cənnətin kuryeri" filmində çəkildim. Qeyd edim ki, filmin yaradıcı heyətinə bir neçə ölkənin yaradıcıları dəvət almışdı. Filmdə mənə həvalə edilən obraz Qafqazlı bir qadının roludur. Obraza əsasən, mən çəkildiyim epizodlarda gül satışı ilə məşğul oluram. Böyük həcmli rol olmasa da, maraqlı, yaddaqalan roldur. Filmin rejissoru, ümumiyyətlə isə yaradıcı heyət ifamdan razı qaldı. Bilirsiniz, bu, çox qürurverici bir hissdir. "Mosfilm" kinostudiyasında film çəkilişində sadəcə, rol oynamaq deyil, Azərbaycanı təmsil etmək qəlbimi qürur hissi ilə doldururdu. Təxminən 3-4 gün çəkilişlərdən dolayı Moskvada qaldım, çox gözəl şəraitdə yaşadım. Ancaq inanın ki, Azərbaycanın yerini heç nə verməz, məhz o 3-4 gündə hiss etdim ki, öz ölkəmdən başqa heç bir yerdə yaşaya bilmərəm.
- Sənətə gəldiyiniz bu illər ərzində müxtəlif xarakterli obrazlar yaratmısınız, amma tamaşaçılar sizi "Tomka" olaraq sevdi. Maraqlıdır, rejissorlar sizi fərqli xarakterli rollarda görə bilirlərmi?
- Qeyd etdiyiniz kimi, mən 30 il ərzində, həqiqətən, fərqli rollarda tamaşaçıların qarşısına çıxmışam. Sadəcə, bir misal göstərmək istərdim. Tatarıstanın paytaxtı Kazanda Türkdilli Xalqların IX Beynəlxalq Teatr Festivalında Gənc tamaşaçılar teatrı Ə.Haqverdiyevin "Pəri cadu" əsəri ilə qatılmışdı. Nicat Kazımovun quruluşunda hazırlanan tamaşada Şamama cadu rolunu mən oynamışam. Bütün türk dünyasından olan tənqidçilər mənim haqqımda yüksək fikir söylədilər. Kazan festivalına qatılanların hamısı buna şahid oldu. Tənqidçilərdən biri belə bir etiraf etmişdi: "Baxmayaraq ki, mən tənqidçiyəm, ancaq bu aktrisanın oynadığı rolun baxışları mənə dikildiyi zaman mən bir anlıq qorxmuşdum". Yəni obraz o qədər zəhmli idi ki, bütün hərəkətləri ilə tamaşaçıları vahiməyə salmışdı. Sözümün canı odur ki, mən sadəcə, "Tomka" oynamamışam. Hər zaman fərqli obrazlarla diqqətdə dayanmışam və istəyirəm ki, rejissorlar hər zaman mənə fərqli xarakterli rollar tapşırsınlar. Aktrisa səhnədə dəyişik rollarla tamaşaçılarına yeni söz deməyi bacarmalıdır.
- Çox təəssüf ki, bəzi rejissorlar aktyorun iç dünyasını üzə çıxarmaqda çətinlik çəkirlər. Yəni komediya aktyorunu sadəcə, komik rollara, dramatik rolda oynayan aktyorları isə ciddi rollara çəkməyə meyl edirlər.
- Bəzi rejissorlar artıq əziyyətə qatlaşmaq istəmirlər, ona görə də kimi hansı rolda görürlərsə, həmin aktyoru hər zaman eyni rollara dəvət edirlər. Naibə komediya aktrisasıdır, deməli bütün rolları da komik olmalıdır? Adama deyərlər ki, sən Naibəyə ciddi bir rol tapşır, sonra nəticəyə bax, daha sonra da qərar ver ki, Naibə ciddi rolları necə oynadı.
- Yəni, daxilinizdəkiləri üzə çıxarmırlar...
- Çünki bacarmırlar. İlk dəfə Loğman Kərimovun quruluş verdiyi "Mənim ağ göyərçinim" tamaşasında dramatik səpkidə olan ana rolunda tamaşaçıların qarşısına çıxmışam. Ana rolundan sonra mən əməkdar artist adına layiq görüldüm. Sonra Nicat Kazımov məni Şamama cadu roluna çəkdi. Burla xatun obrazı da tamaşaçılar tərəfindən qəbul olundu. Və beləliklə, dramatik səpkili rollarla dəyişikliyi sübut edə bildim. Ümumiyyətlə, teatrdakı rollarımın əksəriyyəti dramatik səpkilidir. Bilirsinizmi, aktyorluq asılı sənətdir. Rejissor aktyoru istənilən rola dəvət edərək onun daxili aləmini kəşf edə bilər. Elə kino rejissorları var ki, heç teatra gəlmirlər, aktyor işinə bələdçilikləri yoxdur. Ancaq aktyoru məhz teatrdakı rolları ilə kəşf etmək olar.
- Bir vaxtlar kino rejissorlarımız filmlərinə dəvət etdikləri aktyorları məhz teatrdakı rolları ilə tanıdıqdan sonra kinoya çəkərdilər.
- Doğrudur. Aktyoru aktyor edən, onu istiqamətləndirən rejissordur.
- Azərbaycan kinosunda və teatrında çirkinləşməkdən qorxmayan aktisaların sayı yox dərəcəsindədir...
- Fikrinizi tamamlamaq üçün deyim ki, şəxsən mən qeyd etdiyiniz "yox dərəcə"nin içində varam. Təsəvvür edin ki, mənim əvvəlki rollarımın az qala hamısı çirkin qız, qadın obrazlarıdır. Bu baxımdan mən səhnədə çirkinləşməkdən qorxmuram. Sənət maneken kimi bəzənib səhnəyə çıxmaqdan ibarət deyil. Aktyor, aktrisa səhnədə cilddən-cildə girməyi, dəyişməyi bacarmalıdır. Və bütün dəyişikliklər hamısı birbaşa sənətə xidmət etməlidir.
Milli.Az
Şou-biznes
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Azərbaycanlı aktrisa: "Səhnədə çirkinləşməkdən qorxmuram"
14 İyul 2012 16:17
0 Şərh
Baxış: 703

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Həmin oteldəki yanğına görə AĞIR CƏZA
-
Tanınmış azərbaycanlı bloqer özünə bahalı maşın ALDI - VİDEO
-
"Rəşad Dağlı bu təklifdən imtina etdi"
-
Məşhur aktrisa öldü
-
“Qapını bağlı saxlayın” - Trampdan Makrona tövsiyə
-
Atası da mina qurbanı olub... - Yenilənib - FOTO
-
Ən keyfiyyətsiz yağlar bunlardır
-
İranda 17 tələbə zəhərləndi
-
Rəvan Qarayev qəzaya düşdü
-
“Liverpul” 130 milyona oyunçu ALIR
-
Xəzərdə zəlzələ oldu
-
Hansı bürclər qara siyahıya düşdü? - Astroloqlar xəbərdarlıq etdi
-
38 yaşlı qadın bıçaqlandı
-
Aysun oxudu, Rəqsanə "ÇOŞDU" - VİDEO
-
Gəncəni bombalayan erməni hərbçilərin adları BİLİNDİ
-
Türkiyə və Gürcüstandan olan din xadimlərinin Şuşaya səfəri başlayıb - FOTO
-
Tanınmış müğənni vəfat etdi - FOTO
-
Bəylik kəndinə növbəti köç karvanı yola salındı - VİDEO - FOTO
-
"Sənə nə etmişəm ki, mənimlə müharibəyə başlamısan?"
-
Xəzər dənizində yeni ada tapıldı
-
Nazpərinin gizli bacarığı
-
Bethovenin əsl üzü belə olub - FOTOlar
-
Qumral uzun müddətli ailənin sirrlərini açıqladı
-
İnsana ilk dəfə süni ürək qoyuldu - Tibbdə yeni dövr - VİDEO